"Ermənistanda ciddi kadr problemi var" ÖZƏL-MÜNASİBƏT

Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında panel müzakirələr keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Paşinyan arasında baş tutan canlı debatda, tərəflər bir daha öz mövqelərini bəyan edib, müxtəlif sualları cavablandırıblar. Məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkili Nəsib Məhəməliyev bunları deyib: "Çalışdım ki, videonu izləyərkən soyuqqanlılığımı qoruyub saxlayım. Ancaq cənab Prezidentin, tarixi faktlara əsaslanan giriş nitqindən, son 30 ildə beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərar və qətnamələrini ardıcıllıqla sadaladıqdan sonra, Paşinyanın rabitəsiz, primitiv cümlələrlə verdiyi cavablar heç bir normal tənqidə dözmür. Həmin an erməni baş nazir, imtahana hazır olmayan, bileti çəkəndən sonra konkret suallara cavab verə bilməyərək, ətrafında boş-boğazlıq edən tələbəni xatırlatdı. Artıq dünyanın bir çox xalqlarının lağ-lağı mövzusuna çevrilmiş mifik “böyük ermənistan” xəstəliyindən, özünün icad etdiyi inqlablardan, Xocalı soyqırımını törətdikləri haqda, öz sələflərinin etiraflarını unudaraq, hansısa ermənipərəst qəzet yazısını fakt kimi göstərəndə, onun nə qədər cılız, primitiv göründüyünü, hər kəs əsl həqiqətin nədən ibarət olduğunu gördü. Bütün dünya bir daha kimin kim olduğunun şahidi oldu.Prezidentin Paşinyan kimi, əsl daşnak xislətli, həyasız küçə təfəkkürlü iddialarına, soyuqqanlı şəkildə, tutarlı,lakonik və konkret cavabları, erməninin necə də çətin duruma düşdüyünü əyani şəkildə göstərdi. Bir daha əmin oldum ki, Ermənistanda ciddi kadr problemləri mövcuddur və nə qədər ki, xalq olaraq zəhərlənmiş, erməni xəstəliyindən, qurtarmayıblar, o ölkənin gələcəyi yoxdur.Bu günki reallıq bundan ibarətdir. Düşmən ölkə çox gözəl başa düşür ki,ərazisindəki hərbi baza, müasir dünyada mövcud olan xristian təəssübkeşliyi, supergüclərin regiondakı maraqları olmasa, qısa bir zamanda Azərbaycan ordusu tarixi həqiqətləri bərpa etmək iqtidarındadır. 2016-cı ilin aprel döyüşləri zamanı, cəmi 40 dəqiqə ərzində Lələtəpə kimi yüksəkliyi işğaldan azad etməklə, bunu sübut etdi.Hesab edirəm ki, debatdan sonra hər bir azərbaycanlı, nümayiş etdirdiyi ən yüksək diplomatik keyfiyyətlərinə, xalqımızı ləyaqətlə təmsil etdiyinə görə öz Prezidenti ilə bir daha qürur hissi keçirdi. Uğurlar Azərbaycan!”.