Siyasət

  • 5 176

"Ermənistan heç nəyə nail ola bilməyəcək" ÖZƏL-MÖVQE

image

"Ümumiyyətlə hadisələr göstərir ki, Ermənistan tərəfi beynəlxalq tədbirlərdən sonra heç bir nəticə çıxarmır. Əlbəttə ki, bu acınacaqlı haldır. Əslində bu onu göstərir ki, Ermənistan özü-özünə dalanlıq edir. Təbii ki, bu dalandan çıxış yolu yoxdur. Çıxış yalnız birdir, o da Azərbaycanın işğal olunmuş torpaqlarını, bir milyondan artıq qaçqın və məcburi köçkünləri öz yurdlarına qaytarmaqdır, eləcə də öz qoşunlarını Dağlıq Qarabağdan və Azərbaycanın ətraf rayonlarından geri çəkməkdir. Yeganə çıxış yolu bundan ibarətdir". Bunu SİA-ya politoloq İlqar Vəlizadə deyib.Politoloqun sözlərinə görə, Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında açıq diskussiya onu göstərir ki, Ermənistan işğalçı dövlətdir və işğalçı siyasət aparır: "Onun bu siyasəti aparmaq üçün heç bir əsası yoxdur. Burada bir yol ola bilər o da Ermənistanın öz mövqeyini danışıqlar prosesində dəyişdirməsidir. Əgər mövqeyini dəyişdirməsə, demək olar ki, bu kimi diskussiyalarda Ermənistan heç bir şeyə nail ola bilməyəcək.Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iki ölkə rəhbərinin görüşündə aydın oldu ki, Ermənistan rəhbərliyinin əsas məqsədi hərbi təcavüzün məsuliyyətindən qaçmaq üçün Dağlıq Qarabağ ermənilərini münaqişədə iştirak edən tərəf kimi tanınmasına çalışmaq və bunu Azərbaycana qəbul etdirməkdir. Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddiaları tam əsassızdır. Ermənistan baş nazirinə beynəlxalq hüquqdan və tarixdən dərs keçən Prezident İlham Əliyev əsaslı faktlarla Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu sübut etdi. Ölkə rəhbəri münaqişənin danışıqlar yolu ilə və mərhələli şəkildə həllinin tərəfdarı olduğunu vurğuladı".

sia.az

Digər xəbərlər