"Prezident tarixi faktlarla Paşinyanı yerində otuzdurdu" ÖZƏL - ŞƏRH

"Ermənistan baş naziri Nikol Paşinyan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində də nümayiş etdirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində konstruktiv addım atmaq həm fikrində, həm də iqtidarında deyil". Bunu SİA-ya politoloq Elşad Mirbəşiroğlu deyib.Politoloqun sözlərinə görə, Paşinyan Prezident İlham Əliyevlə debatı zamanı bir daha nümayiş etdirdi ki, o ilk növbədə münaqişə vəziyyətini, münaqişənin başvermə səbəblərini hər vəchlə təhrif etməyə çalışır və Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmağa cəhd edir: "Ölkə başçısı öz növbəsində nümayiş etdirdi ki, o bütün sahələrdə kifayət qədər məlumatlı insandır. Çünki İlham Əliyev bundan öncə də bir neçə dəfə Paşinyanın saxta iddialarına tutarlı cavablar vermişdi. Buna misal olaraq, Aşqabad, Valday görüşünü nümunə göstərə bilərik. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Paşinyanla İlham Əliyev arasında görüş zamanı da baş nazir növbəti dəfə siyasi dünyagörüşünün darlığını, tarix sahəsində savadsızlığını nümayiş etdirdi. Bununla belə nümayiş etdirdi ki, o çox rahatlıqla faktları təhrif etməyə hazır olan bir insandır. Amma ölkə başçımız nümayiş etdirdi ki, o ümumilikdə ensiklopedik biliklərə malik olan bir dövlət başçısıdır. Belə ki, həm siyasi, hüquq, həm də tarix sahəsində faktlarla Paşinyanı yerinə otuzdurub.Həqiqətən də hesab edirəm ki, hazırki mərhələdə çox az sayda dövlət başçıları vardır ki, məhz bütün sahələrdə bu cür biliklərə, məlumatlara malikdir. Paşinyan müxtəlif dövrlərdə, müxtəlif tarixi mənbələrə və yaxud da mərhələlərə istinad edərək bir növ saxta arqumentlər ortaya qoymağa çalışdı. Cənab Prezident isə hər dəfə Paşinyanın saxtakarlıq cəhdlərinə qarşı tutarlı, real arqumentləri ortaya qoydu. Bütün bunlar nümayiş etdirir ki, Azərbaycan Prezidenti sözün həqiqi mənasında ensiklopedik biliklərə və çox geniş dünyagörüşünə malikdir. Məhz bunun sayəsində bu gün Azərbaycan ardıcıl olaraq diplomatik qələbələr qazanmaqdadır".

sia.az