Siyasət

  • 4 903

BSU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsində növbəti uğurlu addım

image


Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində fəaliyyət göstərən 323 saylı Beynəlxalq Münasibətlər Gimnaziyasının direktoru Alla Jukova ilə görüşüb. Görüşdə BSU-nun Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Ukrayna Tədris-Mədəniyyət Mərkəzinin müdiri Lesya Kərimova, Azərbaycanda Ukrayna Konqresinin İdarə Heyətinin sədri Yuri Osadçenko iştirak ediblər.
Görüşdə BSU ilə Kiyev şəhəri 323 saylı Beynəlxalq Münasibətlər Gimnaziyası və Yaroslav Mudrı adına Beynəlxalq Xeyriyyə Fondu arasında elm və təhsil sahəsində üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilənin imzalanmasında məqsəd üçtərəfli münasibətlərin inkişafı, Azərbaycan Respublikasında ukrayna dilini, mədəniyyətini, ədəbiyyatını, tarixini və ənənələrini tanıtmaq, ortaq tədris və mədəniyyət layihə və proqramlarının həyata keçirilməsi, istedadlı tələbə və gənclərə dəstək verilməsi, tələbə və müəllim heyətinin mübadiləsini reallaşdırmaqdır. Müqavilədə Ukrayna mədəniyyətinin Azərbaycan ərazisində və Azərbaycan mədəniyyətinin Ukrayna ərazisində tanıdılması, pedaqoji sahədə təcrübənin mübadiləsi, tərəflərin seminarlarda, konfranslarda, dəyirmi masalarda iştirakı, beynəlxalq tədris və innovasiyalar sahəsində bacarıqların öyrənilməsi məqsədilə nümayəndə heyətlərinin ezam edilməsi, hər iki ölkənin tarix və mədəniyyəti ilə tanışlıq, əməkdaşlıq çərçivəsində Azərbaycanın və Ukraynanın istedadlı gənclərinə dəstək verilməsi, eləcə də təhsil və mədəniyyət sahəsində digər fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub. Rektor Nurlana Əliyeva əməkdaşlıq haqqında imzalanmış bu müqavilənin bütün tərəflər üçün faydalı olacağını xüsusi vurğulayıb və hamıya uğurlar arzulayıb.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər