Siyasət

  • 4 930

Azərbaycanın Xocalını soyqırımını tanıtmaqla ermənilərə vurduğu ZƏRBƏ - AÇIQLAMA-ÖZƏL

image

“1992-ci ilin fevralında erməni silahlılarının Azərbaycanın Xocalı şəhərində mütləq dinc və silahsız azərbaycanlılara qarşı törətdikləri vəhşi cinayətlərin əsil mahiyyətini dünyaya tam şəkildə açmağı bacarmaq diplomatiyamızın misilsiz qələbələrindən biridir.Azərbaycan diplomatiyası Xocalı cinayətinin soyqırım mahiyyətini sübut etməklə bütün türk dünyasının mənafeyinə uyğun tarixi işə imza atıb”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.O bildirib ki, Xocalı soyqırımından 28 il ötsə də Ermənistanın dövlət elitası, ekspert və siyasi dairələri hələ də hadisənin ermənilər tərəfindən törədildiyini inkar etməyə və hətta guya azərbaycanlıların özləri tərəfindən törədildiyi kimi absurd bir tezisi dünya gündəmində saxlamağa çalışırlar: “Bu günlərdə Baş nazir Paşinyan Azərbaycan prezidenti ilə Münhen debatında bu cəhdlərə uğursuz şəkildə yenidən baş vursa da, Prezident Əliyevdən öldürücü zərbə aldı. Xocalı faciəsi ilə bağlı Azərbaycanın hüquqi, siyasi və diplomatiya strategiyası Ermənistana tam qalib gəldi”.Ekspert söyləyib ki, Ermənistanın Xocalı strategiyası iki əsas saxta və riyakar tezisin əsaslandırılmasına xidmət edirdi: “Guya Xocalı hadisələri adi cinayətdir və azərbaycanlıların özləri tərəfindən daxili siyasi proseslərə yönüm vermək üçün törədilib. Lakin Azərbaycan Ermənistanın saxta tezislərini və strategiyasını tam ifşa etməklə yanaşı, həm də dünyaya həqiqi Xocalı platformasını təqdim etdi. Ölkəmiz dünyanı tam inandırdı ki, Xocalıda adi cinayət yox, məhz etnik düşmənçilik zəminində dinc insanlara qarşı soyqırım törədilib və bu faciə məhz ermənilər tərəfindən həyata keçirilib”.A. Quliyev vurğulayıb ki, 2008-ci ildə başladılan “Xocalıya ədalət” kampaniyası erməni strategiyasının darmadağın edilməsinin həlledici mərhələsini açdı: “Bu gün 10-dan çox ölkənin parlamenti və ABŞ-ın 20-dən çox ştatı tərəfindən Xocalının soyqırımı hadisəsi kimi tanınması “Xocalıya ədalət” kampaniyasının tarixi əhəmiyyətli nəticələridir. Nəzərə almaq lazımdır ki, Xocalı hadisəsinin soyqırım faktı kimi tanınması Ermənistanın dünyada saxta erməni genosidini tanıtma prosesini sürətlə apardığı vaxtda baş verir. Bu o deməkdir ki, Azərbaycan Xocalını soyqırım faktı kimi tanıtmaqla həm erməni şovinizminin və separatizminin cinayətkar nahiyyətini ifşa edir, həm də ermənilərin öz saxta genosidlərini tanıtdırmaq siyasətinə zərbə vurur”.Baş redaktor əlavə edib ki, Xocalının soyqırım faktı kimi baynəlxalq tanınma qərarlarından sonra ermənilərin dünyanı öz saxta “genosidlərinə” inandırmaq cəhdləri xeyli zəifləyib: “Bu gün dünyanın əlində ermənilərin uydurma genosid platforması ilə azərbaycanlıların məruz qaldığı həqiqi soyqırım cinayətini müqayisə etmək və real nəticəyə gəlmək imkanı var. Dünyaya belə real seçim imkanı vermək Azərbaycan diplomatiyasının tarixi uğurudur”.

sia.az

Digər xəbərlər