Siyasət

  • 6 030

"İtaliya-Azərbaycan əlaqələri daim yüksələn xətlə inkişaf edir" ÖZƏL-MÜNASİBƏT

image

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına səfəri çox yüksək səviyyədə keçir. Bu səfər çərçivəsində 20-dən artıq sənəd imzalanıb". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.Deputatın sözlərinə görə, sözün həqiqi mənasında İtaliyanın Azərbaycanla münasibətlərində xüsusi yeri olan bu səfərin çox böyük əhəmiyyəti var: "Bütün sahələrdə İtaliya-Azərbaycan əlaqələri genişlənir, yüksəlir. Təbii ki, bu da ölkə Prezidenti cənab İlham Əliyevin sayəsindədir. Bütün sahələr üzrə lazımi və vacib müqavilələr bağlandı. Bunun özü çox böyük haldır. İtaliya Prezidentinin Azərbaycanda olarkən yüksək səviyyədə qarşılanması xüsusilə orada qeyd olundu. Yüksək səviyyəli danışıqların, əlaqələrin qurulmasında cənab Prezident İlham Əliyevin xüsusi rolu var, birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük əlaqələri var. Çünki Mehriban xanım Əliyeva İtaliyanın özündə, Vatikanda çox böyük işlər görüb. Bu mənada İtaliya-Azərbaycan əlaqələri daim yüksələn xətlə inkişaf edir".

yap.org.az

Digər xəbərlər