Siyasət

  • 7 468

“Azərbaycan vətəndaşlarına qarşı Xocalı Soyqırımı” “Pakistan Observer”

image

Pakistanda nəşr edilən “Pakistan Observer” qəzetində Muhammad Sheharyar Javedin müəllifi olduğu “Azərbaycan vətəndaşlarına qarşı Xocalı Soyqırımı” adlı məqalə dərc edilib. SİA-nın verdiyi məlumata görə, Muhammad Sheharyar Javed Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımdan bəhs edərək bu soyqırımın, Ermənistanın Azərbaycana qarşı aqressiv siyasətinin və əslində münaqişənin zəmininin daha öncədən - Naxçıvan, Zəngəzur və Qarabağdan mərhələli şəkildə başladıldığını qeyd edib.O, vaxtıilə Ermənistana verilən, lakin əzəli Azərbaycan torpağı olan Zəngəzurun adının Syunik olaraq dəyişdirildiyini və hal-hazırda Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı ayıran Ermənistanın cənub bölgəsinə qatıldığını diqqətə çatdırıb. Bu səbəbdən Naxçıvanın Azərbaycanın tərkibində Azərbaycanla sərhədi olmayan eksklav olduğunu, Ermənistanın şərqində yerləşdiyini və Azərbaycanın əsas hissəsindən ayrı qaldığını qeyd edən müəllif, Ermənistanın Dağlıq Qarabağ müharibəsi zamanı Naxçıvana da hücum edərək qanunsuz şəkildə bölgənin bir kəndini işğal etdiyini bildirib. SSRİ dövründə Zəngəzurun Ermənistana verilməsinə baxmayaraq, Qarabağın SSRİ tərəfindən Azərbaycanın ərazisi olaraq saxlanıldığını, lakin hələ də Ermənistan tərəfindən işğal altında olduğunu vurğulayıb.Müəllif Ermənistan ordusu tərəfindən törədilmiş soyqırım nəticəsində 613 günahsız Xocalı sakininin, günahsız qadın, qoca və uşaqların bir gündə qətlə yetirildiyini və bu soyqırımın insanlığa qarşı bir cinayət olduğunu diqqətə çatdırıb.Məqalədə Xocalı Soyqırımı ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurasının Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatı və digər böyük beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın işğalçı ölkə kimi tanıyaraq Azərbaycan Respublikasının torpaqlarını dərhal və qeyd-şərtsiz tərk etməsini tələb edən müxtəlif qətnamə və sənədlər qəbul etdiyi qeyd edilib.Məqalədə müəllif Azərbaycan Respublikasının dünya miqyasında artan nüfuzundan da bəhs edərək bu ölkənin öz ərazi bütövlüyünü hərbi qüvvələri vasitəsilə həll etməyə qadir olduğunu vurğulayıb və Azərbaycanın münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edərək beynəlxalq təşkilatların bu münaqişədə aktiv şəkildə rol oynamasının vacibliyini ifadə edib.Məqalədə, həmçinin Azərbaycanın tarixinə qısa nəzər salınaraq 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhiriyyətinin yaranmasından da bəhs edilib, 1920-ci ildə Azərbaycanın SSRİ tərəfindən işğal edildiyi və 1991-ci ildə isə bu ölkənin yenidən öz müstəqilliyini bərpa etdiyi vurğulanıb. Məqalədə eləcə də Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşdiyinə toxunularaq, ölkənin şimal-cənub, şərq-qərb arasında dəhliz rolu oynamasının bu ölkəyə sadəcə regionda deyil, eləcə də dünya miqyasında böyük əhəmiyyət qazandırdığından bəhs edilib. Azərbaycanın neft və qaz ilə zəngin olduğu və bu təbii sərvətlərin ölkənin inkişafına və iqtisadiyyatının böyüməsinə öz töhfələrini verdiyi bildirilib.

sia.az

Digər xəbərlər