Siyasət

  • 4 888

"Ermənistanın süqutu yaxınlaşır" AÇIQLAMA-ÖZƏL

image

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri eləcə də yerli mətbuata verdiyi sərsəm bəyanatları bir daha göstərir ki, o sülh danışıqlarının imitasiyası ilə məşğuldur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.O bildirib ki, Ermənistan heç zaman Dağlıq Qarabağ münaqişəsinin həllində sülh istiqamətində addım atmağa hazır olmayıb: “İllərdir ki, Ermənistan tərəfi həm beynəlxalq hüquq normalarını, həm də müxtəlif yollarla danışıqlar prosesini pozaraq vaxt qazanmağa çalışır”.Deputat söyləyib ki, Ermənistanın bu addımları bölgədə gərginliyi artırmaqla yanaşı, ciddi təhlükələrə səbəb olur: “Ermənistanın arxasında duran havadarları artıq anlamalıdır ki, bu ölkənin süqutu yaxınlaşır”.A.Mollazadə qeyd edib ki, Ermənistanın qeyri-konstruktiv addımlarının əsas səbəbi bəzi beynəlxalq təşkilatlar və dünya ölkələrinin onlara bu imkanı yaratmasıdır: “Ermənistan bir sıra beynəlxalq sənədlərdə nəzərdə tutulanları, eləcə də hüquq normalarını pozmasına baxmayaraq, hələ də işğalçı ölkəyə qarşı heç bir təzyiqlər edilmir, sanksiyalar tətbiq olunmur. Bir sözlə desək Ermənistanı sülhə məcbur edən beynəlxalq təşkilat yoxdur. Belə olan halda, bütün məsuliyyət məhz beynəlxalq təşkilatların üzərinə düşür”.

sia.az

Digər xəbərlər