Siyasət

  • 4 743

"Ermənilər çirkin xislətindən hələ də əl çəkmir" ÖZƏL-MÜNASİBƏT

image

"Ümumiyyətlə Xocalı soyqırımı ilə bağlı dünyanın hər hansı bir nöqtəsində keçirilən istənilən xarakterli tədbirin Azərbaycan dövlətinin milli mənafeylərinə və apardığımız haqq mübarizəsinin mahiyyətinə uyğun olması şübhəsizdir. Çünki Xocalı bizim tariximizdə ermənilər tərəfindən törədilmiş insanlığa və bütün türk dünyasına qarşı qanlı düşmənçiliyin əlaməti olan bir hadisədir". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Baş redaktorun sözlərinə görə, indiyədək ermənilər bu hadisələrin törədilməsində birbaşa günahkar olmaqlarına baxmayaraq, hələ də dünya miqyasında elə rəy yaratmağa çalışırlar ki, guya Xocalıda baş verənləri Azərbaycan özü törədib, guya bunların mənbəyi ölkənin içində gedən siyasi proseslərlə bağlı idi: "Hətta Münhen Təhlükəsizlik Konfransında da Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyanı bütün dünyanın gözü qarşısında yalanlarını ifşa etdi. Ancaq Paşinyan yenə də dünyanın gözünə o qırmızı yalanları söyləməkdən çəkinmədi. Halbuki həm Paşinyandan qabaqkı prezident olan Serj Sarkisyan müsahibələrinin birində deyib ki, “Xocalı qırğınını biz törətdik və bununla Azərbaycana göstərdik ki, biz belə şeylərə qadirik”. İkinci bir tərəfdən isə Paşinyanın özü Münhendəki debatdan sonra Ermənistan televiziyasına müsahibəsində bildirdi ki, “Xocalıdakı hadisələri Rusiya törədib”. Baxmayaraq ki, Ermənistanın bununla bağlı mövqeləri hədsiz dərəcədə ziddiyyətli və yanlışdır amma yenə də dünyada o hadisələrin mahiyyətini Azərbaycana çevirmək cəhdlərindən əl çəkməyib. Belə olan şəraitdə Xocalını sözün həqiqi mənasında Azərbaycan xalqına və türk dünyasına qarşı bir genosid aktı olduğunu sübut edən, onun mahiyyətini açan istənilən dünya miqyasındakı tədbirin hüquqi, siyasi və beynəlxalq əhəmiyyəti var. Almaniyanın Berlin şəhərində təşkil olunmuş Ümumavropa Qarabağ mitinqinin də həm Xocalının genosid mahiyyətini dünyaya göstərmək, həm də ermənilərin fitnəkar, qatil, təcavüzkar siyasət aparmağının mahiyyətini ifşa etmək baxımından olduqca əhəmiyyətlidir”.

sia.az

Digər xəbərlər