Siyasət

  • 4 913

Xocalı faciəsinin dünyaya çatdırılması istiqamətindən atılan ADDIMLAR ŞƏRH - ÖZƏL

image

“Xocalı faciəsinin 28-ci ildönümü ərəfəsindəyik. Bu dəhşətin, vəhşətin dünyaya tanıdılması istiqamətində ölkəmizin dövlət olaraq həyata keçirdiyi fəaliyyət çox genişdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva açıqlamasında deyib.Onun sözlərinə görə, hər kəsə məlumdur ki, faciə baş verdiyi ilk dövrlərdə ictimailəşdirilə bilmirdi: “Müəyyən daxili və xarici təzyiqlərə görə, böyük faciənin həcmi azaldılmağa çalışılırdı.Müəyyən əsası olmayan əsəbəblər göstərilir, erməni vandalizmi, rus imperiyasının törətdiklərinin kölgə altında qoyulması üüçün bu məsələnin həqiqətləri hər vəchlə üstü örtülməyə çalışılırdı. Amma Ulu öndər Heydər Əliyevin böyük atalıq, uzaq görən siyasəti nəticəsində Xocalı faciəsi ilk dəfə öz hüquqi qiymətini aldı. Baş verənlər dünya ictimaiyyətinə olduğu kimi çatdırıldı. Məhz Ümummilli liderin sayəsində Azərbaycan parlamenti Xocalıya soyqırımı qiymətini verib”.J. Əliyeva söyləyib ki, daha sonra Prezident İlham Əliyev tərəfindən Xocalı faciəsinin dünyada tanıdılması ilə bağlı çox mühüm addımlar atılıb: “Dövlət başçısı keçirdiyi bütün görüşlərdə, etdiyi bütün səfərlərdə, eləcə də beynəlxalq platformalarda Xocalı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bununla yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti, gənclərimizin lideri olan Leyla Əliyevanın səyləri və təşəbbüsləri ilə Xocalı faciəsi bütün dünyaya olduğu kimi çatdırılır. Hər ötən ildə Xocalı faciəsini tanıyanların, baş verənləri soyqırımı kimi qəbul edənlərin sayı durmadan artır”.Deputat qeyd edib ki, görülən işlər nəticəsində artıq bir sıra dünya ölkələri Xocalını soyqırım kmi tanıyır: “Əlbəttə ki, işlərimiz, bu istiqamətdə təbliğatımız davam edir. Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayıb, işğal altında torpaqlarımız azad edilməyib mübarizəmiz davam edəcək. Ali Baş Komandanımızın dediyi kimi Azərbaycan heç zaman bölgədə II erməni erməni respublikasının qurulmasına razı olmayacaq. Əminik ki, Xocalı faciəsinin qurbanlarının ruhu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bayrağımızı Xocalıya sancdığımız gün rahatlıq tapacaq”.

sia.az

Digər xəbərlər