Siyasət

  • 5 525

"Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib" Vüqar Rəhimzadə

image

“Azərbaycan istər regional, istərsə də beynəlxalq miqyasda xarici dövlətlərlə qarşılıqlı əməkdaşlıq imkanlarının möhkəmləndirilməsi və daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atır. Möhtərəm Prezidentimiz İlham Əliyevin İtaliyaya gerçəkləşən dövlət səfəri bu baxımdan böyük önəm kəsb edir. Dövlət səfəri zamanı müzakirə olunan məsələlər, ölkələrimiz arasında siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman sahələrini əhatə edən 28 sənədin imzalanması səfərin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfərini şərh edərkən deyib.Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan bir çox Avropa ölkələri, eyni zamanda, İtaliya ilə sıx əlaqələrə malikdir: “Ölkəmiz Avropa İttifaqına daxil olan dövlətlərlə ayrı-ayrılıqda qarşılıqlı maraqlara söykənən möhkəm münasibətlər yarada bilib. İtaliya isə bu sırada xüsusi olaraq fərqlənir. Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir. Ölkələrimiz ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çəçivəsində istər siyasi, istərsə də iqtisadi sahələrdə hər zaman bir-birilərinə dəstək verirlər. Eyni zamanda, İtaliya daim Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin daha da yaxşılaşması işində fəal rol oynayır”.“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, dövlət səfəri zamanı ölkələrimiz arasında imzalanan sənədlər yeni perspektiv inkişaf istiqamətlərindən xəbər verir: “Səfər zamanı Azərbaycan Prezidenti və İtaliyanın Baş Naziri tərəfindən “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” imzalanıb. Bu sənəd digərlərindən əhəmiyyətinə görə fərqlənir. Əsas məqam odur ki, Birgə Bəyannamə Azərbaycanın xarici ölkələrlə bu adda imzaladığı ilk sənəddir və “Böyük Yeddiliyin” üzvü olan ilk ölkə ilə imzalanıb. Sözsüz ki, bu amil bir daha sübut edir ki, Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı çərçivəsində həlli, BMT və ATƏT-in müvafiq sənəd və qərarları öz əksini tapıb. Bununla yanaşı, Birgə Bəyannamədə Cənub Qaz Dəhlizinin tam şəkildə fəaliyyət göstərməsinə və Azərbaycan qazının Avropaya daşınmasına imkan yaradacaq TAP layihəsinin vaxtında tamamlanması üçün səylərin göstərilməsi bəyan edilib. Bu cür əhəmiyyətli sənədin imzalanması ölkələrimiz arasında münasibətlərin inkişafına, daha da dərinləşməsinə böyük dəstək verəcək”.Vüqar Rəhimzadə Azərbaycan-İtaliya iqtisadi əlaqələrinə də toxunub və gələcək üçün geniş imkanların mövcud olduğunu bildirib: “Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 6 milyard dollar olub. Bu rəqəm Azərbaycanın xarici ticarət dövriyyəsinin 18,04 faizinə bərabərdir. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi isə Azərbaycanın payına düşür. Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən 100-dən çox İtaliya şirkəti qeydiyyatdan keçib. İtalyan şirkətləri Azərbaycanın neft-qaz və qeyri-neft sektorunda ümumi dəyəri 10 milyard dollardan yuxarı olan 300-dən artıq müxtəlif layihələrdə iştirak edirlər. Məncə, bu rəqəmlər iqtisadi münasibətlərimizin hansı səviyyədə olduğunu nümayiş etdirir”.“İki sahil” qəzetinin baş redaktoru mədəni əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi 2020-ci ilin İtaliyada “Azərbaycan Mədəniyyət İli” elan olunmasını da xüsusi olaraq vurğulayıb. Qeyd edib ki, bu kimi məqamlar həqiqətlərimizin təbliğində mütəsna rol oynayır

sia.az

Digər xəbərlər