Siyasət

  • 6 799

“Nezavisimaya qazeta” Sumqayıt hadisələrinin əsl tərəfini açdı

image

Tanınmış jurnalist Lev Mobutoviç Əsgərovun məqaləsi həqiqətləri üzə çıxardı

Bugünlərdə Rusiyanın aparıcı nəşrlərindən birində - “Nezavisimaya qazeta”da Sovet İttifaqının və Azərbaycanın tanınmış jurnalisti Lev Mobutoviç Əsgərovun “Sumqayıt faciəsi” adlı trilogiyası dərc olunub. SİA xəbər verir ki, hadisələrin haradan qaynaqlanması və necə baş verməsi barədə bəhs edilən trilogiya SSRİ DTK-nın sənədləri əsasında hazırlanıb.Qeyd edək ki, Lev Əsgərov tanınmış sovet jurnalisti olması ilə yanaşı, həm də SSRİ və Azərbaycan jurnalistlər ittifaqının üzvü, eləcə də “İzvestiya” qəzetinin Azərbaycan üzrə həmçinin “Trud” qəzetinin Azərbaycan və Dağıstan üzrə xüsusi müxbiri olub.Belə ki, L.Əsgərovu daim jurnalist uğuru müşahidə edib. Sovet dönəmlərində o SSRİ və Azərbaycan DTK-nın arxivlərinə daxil olaraq, bir sıra sənədləri araşdırmağa müyəssər olub. O, jurnalist yaradıcılığında əsasən erməni qatı millətçiləri tərəfindən “Sumqayıt talanları” adlanıdırılan hadisələri araşdırıb, Azərbaycana qarşı aparılan və ideoloji müharibəyə, eləcə də Qarabağ müharibəsinə səbəb olan hadisələri işıqlandırıb.Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin ilk illərindən başlayaraq, sonrakı onilliklərdə həmin dövrlərdə baş verən ilk millətlərarası münaqişənin təfərrüatları dünya ictimaiyyətindən gizlədilib. Çünki “Sumqayıt işi”nin əsas icraçısı və fiqurantı - Azərbaycan SSR-nin sakini, milliyyətcə erməni olan Eduard Qriqoryan olub. Hər vəchlə sovet ictimaiyyətindən gizlədilən bu ilkin faktor münaqişənin ilk vaxtından Sumqayıt hadisələrinin planlı, təşkilli şəkildə baş verməsini, sübut edir. Bu, həm də Azərbaycan ictimaiyyətinin diskreditasiyasına yönəlmiş planın tərkib hissəsi olub.Nəticədə, son 32 ildə ilk dəfə Rusiya nəşrində ssenariləşdirilmiş qanlı cinayətin əsl tərəfi işıqlandırılıb. 1988-ci ilib 27-29 fevralında baş vermiş Sumqayıt hadisələri ərəfəsində “Nezavisimaya qazeta”da əsl həqiqətlərin işıqlandırılması həmin hadisələrin əsl tərəfini və günahkarlarını ifşa edir.

sia.az

Digər xəbərlər