Siyasət

  • 6 728

"Cəsurluq Məktəbi" adlı layihənin bağlanışı olub

image

24 fevral 2020-ci il tarixində Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi XII-ci qrant müsabiqəsinin qalibi seçilmiş "Cəsurluq Məktəbi" adlı layihənin bağlanış tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Aytən Məmmədova Vətəni sevmək ən ülvi hissdir bildirərək Vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumağın vacibliyini diqqətə çatdırıb.Daha sonra SSRİ dövlət təhlükəsizliyi orqanlarının fəxri əməkdaşı Əfqanistan- Qarabağ veteran Müstəqil Dövlətlər Birliyinin döyüş əməliyyatları veteranı, Nərimanov rayonu Müharibə Əmək Silahlı Qüvvələr veteranları təşkilatının sədri polkovnik Elşad Şabanov çıxış edərək Azərbaycan gənclərinin ölkə həyatındakı rolundan, onların vətənpərvərliyindən, rəşadət və mərdliyindən söhbət açıb, müxtəlif sahələrdə qazandıqları uğurlardan və qarşıda duran vəzifələrdən danışıb, gəncləri Vətəni sevməyə, onu müdafiə etməyə, işğalçılardan azad etməyə hər zaman hazır olmağa çağırıb.Daha sonra Humanitar Kollecinin direktor müavini Rasim müəllim çıxışında qeyd edib ki, o insan vətənpərvərdir ki, doğma Vətənini müdafiə etsin, mədəniyyətinin, adət-ənənələrinin qorunmasının cəfakeşi olsun, bayrağını uca tutsun.Jurnalistlər Birliyinin rəhbəri, yazıçı-şairə Almaz-İlahə Əhmədova çıxış edərək deyiblər ki, tariximizin hansı səhifəsini vərəqləsək orada igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir. Əsl vətənpərvər isə Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində nümayiş etdirir. Məhz buna görə də vətənpərvərliyin meyarı söz ilə əməlin üst-üstə düşməsidir.Sonda təlimçi Səxavət Hidayətoğlu bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü inkişafımızın təməlini təşkil edir. Bir sıra gənclər vətənpərvərlik mövzusunda çıxışlar etdilər, son olaraq “Vətənpərvərlər qrupu”nun üzvləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər. Sonda tədbir iştirakçıları olan gənclərə sertifikat verilib. Tədbir başa çatdıqdan sonra layihə iştirakçıları çay fasiləsinə toplanıblar.

sia.az

Digər xəbərlər