Siyasət

  • 5 581

Ərdoğanın Bakıya səfəri zamanı hansı məsələlər müzakirə ediləcək? ŞƏRH-ÖZƏL

image

“Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığa dair planlama müqaviləsi var. İldə bir dəfə strateji planlama məsələləri müzakirə edilir, görülən işlərə yekun vurulur, yeni hədəflər müəyyənləşdirilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri də məhz strateji planma ilə əlaqədar bağlıdır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.O bildirib ki, Türkiyə Prezidentinin Azərbaycana səfəri zamanı ikitərəfli əməkdaşlığın müxtəlif formaları müzakirə ediləcək və müvafiq qərarlar qəbul olunacaq.Politoloq söyləyib ki, hər dəfə bu istiqamətdə qəbul olunan qərarlardan sonra Azərbaycanla Türkiyə arasında əlaqələrin daha yeni-yeni spektrlərinə toxunulur, ticarət dövriyyəsinin ümumi həcmi və onlara çatmaq üçün konkret hədəflər müəyyənləşdirilir: “Budəfəki səfərdə də əsas məqsədlərdən biri məhz bundan ibarətdir”.Q. Hüseynli vurğulayıb ki, səfər zamanı təkcə iqtisadi məsələlər deyil, həm də Azərbaycan-Türkiyə arasında siyasi xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrin aparılacağı gözlənilir: “Artıq 11-ci ildir ki, iki ölkə arasında strateji görüş keçirilir. Digər görüşlərdə olduğu kimi bu dəfə də Dağlıq Qarabağ münaqişəsinin həlli, eləcə də hərbi əmkdaşlıq sahəsində fikir mübadiləsi aparılacaq”.Politoloq qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bu dəfəki səfəri zamanı ilk dəfə olaraq iki ölkə arasında hərbi əməkdaşlıq sahəsində saziş imzalana bilər.O əlavə edib ki, səfər müddətində Azərbaycanla Türkiyə arasında Suriya məsələsində Rusiya ilə bağlı fikir mübadiləsi aparıla bilər.

sia.az.

Digər xəbərlər