Siyasət

  • 4 537

Rusiya və Türkiyə münasibətlərində nələri nəzərə almalıdır? ŞƏRH - ÖZƏL

image

“Bu gün dünyada və regionda baş verən müharibələr fonunda Azərbaycanın bu hadisələrdən sığortalanaraq inkişaf yolunu tutması bizi sevindirməklə yanaşı, vəziyyəti daha diqqətlə analiz etməyə əsas verir”. Bu fikirləri SİA-ya açıqlamasında “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.O bildirib ki, Azərbaycan əhalisinin çox diqqətlə izlədiyi qardaş Türkiyə dövlətinin hazırda cəlb olunduğu münaqişədə rolu bölgədə və dünyada baş verən siyasi proseslərə öz təsirini göstərir: “Biz aparılan təhlillərə əsasən, bir neçə ay bundan öncə də bildirmişdik ki, Türkiyə ilə Rusiya arasında yaxınlaşma Türkiyənin taktiki diplomatik uğurudur. Fundamental yaxınlaşma və uğurdan söhbət gedə bilməz. Çünki biz Rusiyanın ilk çarı olan həm I Pyotr, eləcə də Türkiyənin Osmanlı dövründən tarixi münasibətləri təhlil edərək iki ölkə arasında fundamental yaxınlaşmanın olmadığı qənaətinə gəlmişik. Hər iki dövlətin maraqlarının toqquşduğu müəyyən məqamlar var ki, həmin məqamlar Türkiyə və Rusiya arasında yaxınlaşmaya mane olur. Bu baxımdan da biz iki ölkə arasında yaxınlaşmanın belə asan olmayacağı qənətinə gəlmişdik”.R.Quliyev söyləyib ki, Rusiya və Türkiyə arasında münasibətlər diqqətlə araşdırımalıdır: “Onlar arasında münasibətlərin müharibə ilə nəticələnəcəyi gözlənilmir. Çünki, məşhur təyyarənin vurulması hadisəsindən sonra bu iki dövlət arasında müharibə baş vermədisə, bundan sonra da onlar arasında ciddi müharibənin baş verəcəyi proqnozlaşdırılmır. Lakin dünyada bir çox münaqişə nöqtələrində bu iki ölkənin maraqlarının toqquşacağı da istisna edilmir”.Mərkəz rəhbəri qeyd edib ki, hazırda Türkiyə ilə Rusiya arasında olan münasibətlərdə Rusiya tərəfi ölkəsində yaşayan 50 milyona yaxın müsəlmanın olmasını nəzərə almalıdır: “Rusiyanın atdığı addımlar ölkə əhalisinin müəyyən faizinin sosial psixoloji düşüncəsinə təsir edə bilər. Bu baxımdan ölkələr maraqlarını nəzərə alarkən, eyni zamanda sosial tələbatı və sifarişləri hökmən nəzərə almalıdırlar. Bizdə olan statistik göstəricilərə görə, 2019-cu ildə Rusiyadan Türkiyəyə təxminən 25 milyona yaxın turist səfər edib. Bu o deməkdir ki, əhalinin böyük hissəsinin ən rahat özünü hiss etdiyi ölkə məhz Türkiyədir”.Siyasi ekspert qeyd edib ki, iki ölkə arasında münasibətlərdə bəzi məsələlərin nəzərə alınmaması zərərə səbəb ola bilər: “Misal üçün tutaq ki, Rusiyaya Türkiyədən və ya Azərbaycandan hər hansı məhsul ixrac olunur. Həmin məhsula Rusiyada böyük tələbat olmasına baxmayaraq, ixracın qarşısı hər hansı siyasi iddialara müvafiq olaraq alınır. Belə olan halda, həmin məhsulun qiymətinin Rusiyada 10 dəfə bahalaşmasına səbəb olur ki, bu da nəticə etibarı ilə həmin ölkənin sosial və iqtisadi tələbatı nəzərə almasını zəruri edir”.

sia.az

Digər xəbərlər