Siyasət

  • 4 624

Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib

image

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyi tərəfindən Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.SİA xəbər verir ki, fevralın 25-də səfirlikdə Misirin ictimai-siyasi xadimləri, Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri və üzvləri, bu ölkənin müxtəlif universitetlərinin doktor və professor heyəti, kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycan diasporunun təmsilçilərinin iştirakı ilə anım tədbiri təşkil edilib.Tədbirdə çıxış edən ölkəmizin Misirdəki səfiri Tural Rzayev Azərbaycan xalqının bu il Xocalı soyqırımının 28-ci ildönümünü qeyd etdiyini diqqətə çatdırıb, Xocalı qətliamı zamanı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, amansızcasına qətlə yetirilmiş yaşlılar, qadınlar və uşaqlar barədə məlumat verib.Anım tədbiri çərçivəsində səfirliyin dəstəyi ilə Misirin nüfuzlu rejissor və ssenaristlərinin iştirakı ilə "SOİC" kinematoqrafiya şirkəti tərəfindən yeni çəkilmiş “Xocalı soyqırımı və itirilmiş ədalət” adlı sənədli filmin təqdimatı keçirilib. Bu ekran əsərində sənədli videoçarxlardan və fotoşəkillərdən istifadə olunub, yaradıcı heyət Misirin nüfuzlu ictimai-siyasi xadimlərindən müsahibələr alıb."Xocalı soyqırımı və itirilmiş ədalət" sənədli filminin bədii rəhbəri Əhməd İsmayıl və rejissoru Nur Qureşi ərsəyə gətirdikləri ekran əsəri haqqında danışaraq, Azərbaycan xalqının yaddaşında həkk olunmuş və əsrin böyük faciəsi olan Xocalı soyqırımı haqqında bu filmin ərəb-müsəlman dünyasının diqqətinə çatdırılması istiqamətində səy göstərəcəklərini vurğulayıblar.Səfir T.Rzayev "Xocalı soyqırımı və itirilmiş ədalət" sənədli filminin iştirakçılarına və əməyi keçən hər kəsə öz dərin təşəkkürünü bildirib, filmin bədii rəhbəri və baş rejissoru Əhməd İsmayıla və rejissoru Nur Qureşiyə fəxri diplomlar təqdim edib.Silsilə tədbirlər çərçivəsində Xocalı soyqırımını əks etdirən və səfirliyin dəstəyi ilə çap olunan kitablar və fotostendlər də nümayiş etdirilib.Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar səfirlik tərəfindən keçirilən anım tədbiri, eləcə də "Xocalı soyqırımı və itirilmiş ədalət" sənədli filminin nümayişi Misirin bir sıra nüfuzlu qəzet və internet səhifələrində geniş şəkildə işıqlandırılıb. Ayrıca olaraq, sözügedən sənədli filmin qısa roliki “YouTube” və “Facebook” səhifələrində geniş yayılıb və paylaşılıb.

sia.az

Digər xəbərlər