Siyasət

  • 4 430

Xocalı soyqırımı Belçikada anıldı

image

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Azərbaycanın Belçikadakı səfirliyi, Avropa İttifaqı yanında nümayəndəliyi tərəfindən iki hissədən ibarət tədbir - anım mərasimi və təbliğat tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirlərdə səfirlik ilə yanaşı, Azərbaycanın NATO yanında nümayəndəliyinin heyəti, eləcə də Belçikada yaşayan Azərbaycan diasporunun üzvləri iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın Belçikanın Vaterlo şəhərində yerləşən abidəsinin önünə toplaşıb, Xocalı faciəsi qurbanlarına ithafən abidənin önünə əklil qoyublar.Daha sonra tədbir Azərbaycanın Belçikadakı səfirliyində davam edib.Tədbirdə Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Xocalı qətliamı haqqında hərbi münaqişənin canlı şahidi olaraq söz açıb. Səfir məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi iradəsinin və qətiyyətinin nəticəsində bu faciənin dünya arenasında layiqincə qiymətləndirilməsi üçün zəruri bünövrənin qoyulduğunu və daha sonra “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində məqsədyönlü və əsaslı tədbirlərin görüldüyünü qeyd edib. Natiq, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün hər bir azərbaycanlının istər ölkə hüdudlarında, istərsə də xaricdə dövlətimizin maraqlarını rəhbər tutaraq gələcəyə yönəlik uğurlu fəaliyyətinin önəmini vurğulayıb və bildirib ki, məhz belə olduğu təqdirdə, ədalət zəfər çalacaq.Azərbaycanın NATO yanında nümayəndəliyinin Hərbi məsələlər üzrə müşaviri Ağaverdi Quliyev çıxış edərək Xocalı soyqırımının törədilməsi, nəticələri barədə məlumat verib, 28 il əvvəl soyqırımı qurbanı olmuş şəhidlərimizin xatirəsini ehtiramla anıb.Sonda iştirakçılar “Xocalıya ədalət” kampaniyası çərçivəsində “TRT Wold” tərəfindən çəkilmiş “Black Orchads: Azerbaijan and Armenia’s Wars” sənədli filmini izləyiblər.

sia.az

Digər xəbərlər