Siyasət

  • 4 759

"Samuxda yeni qəsəbənin salınması gözlənilir" Komitə sədri

image

"Abşeron ərazisində Stansiya Sumqayıt adlanan yerdə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən tikinti işləri davam edir". SİA-nın verdiyi məlumata bunu Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, ilin sonuna qədər tapşırıqları yerinə yetirilməsinə çalışılacaq: "Cənab Prezidentin 7 000-dən çox ailə üçün nəzərdə tutulmuş qəsəbənin salınması göstərişi verilib. Hazırda tikinti davam edir. Biz də maraqlıyıq ki, mənzilləri vaxtında və keyfiyyətli tamamlayaq. Məqsədimiz ilk növbədə ən ağır şəraitdə olan ailələrin köçürülməsinə nail olmaqdır. Bunlar hamısı mərhələli şəkildə olacaq". Komitə sədri əlavə edib ki, Samuxda yeni qəsəbənin salınması da gözlənilir: "50 mənzildən ibarət bir binamız Ağdamda nəzərdə tutulur. 45 ailəlik bina Lənkəranda, 30 fərdi ev Füzuli rayonunda, işğaldan azad olunan zonada tikilir. Bu binaları tamamlayandan sonra Bakıda məskunlaşan 30 ailəni Füzuliyə, öz doğma kəndlərinə köçürəcəyik".

sia.az

Digər xəbərlər