Siyasət

  • 7 280

"Azərbaycan-Türkiyə tərəfdaşlığı əvəzolunmazdır" ŞƏRH - ÖZƏL

image

“Azərbaycan-Türkiyə əlaqələri strateji müttəfiqlik sahəsində ən güclü nümunədir. Türkiyənin Azərbaycana birbaşa investisiyaları 11 milyard dollara çatır. Təkcə ötən il ticarət dövriyyəmiz 4 milyarddan çox olub. Türkiyə firmaları 14 milyard dəyərində 400-dən çox layihəni məhz Azərbaycanda həyata keçirirlər. Həmçinin, bütün beynəlxalq platformalarda Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və ölkəmizi müdafiə edir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.O bildirib ki, bu gün qlobal siyasi kataklizmlər (Suriya, Liviya və s. böhranlar), humanitar fəlakətlər (Koronovirus) yaxın siyasi müttəfiqlərin daha da vahid mövqe qoymağını tələb edir: “Dünyada vahid siyasi güc nümayişi çağdaş siyasi nəzəriyyələrin də əsasını təşkil edir. Bütün bu hadisələrin fonunda Azərbaycan və Türkiyə Strateji Əməkdaşlıq Şurasının VIII iclası fonunda imzalanan sazişlər, iki ölkə rəhbərinin bəyanatları çox önəmlidir”.Azərbaycanın Türkiyə ilə təhsil, səhiyyə, mədəniyyət sahələrində bir çox ortaq sazişlərin mövcud olduğunu deyən politoloq söyləyib ki, ötən gün fərqli sahələri əhatə edən mühüm sazişlər imzalanıb: “Bundan başqa TANAP layihəsi və digər irimiqyaslı layihələrdə də Azərbaycan-Türkiyə tərəfdaşlığı əvəzolunmazdır. Azərbaycan hərbi sahədə Türkiyə ilə daim təcrübə mübadiləsi aparır. İki ölkə həm ordu qurucluğu sahəsində, həm də müdafiə sənayesi ilə bağlı önəmli layihələri icra edirlər, birgə təlimlər keçirirlər. Bir sözlə ifadə etsək, Azərbaycan və Türkiyənin həmrəyliyi, siyasi vahidliyi digər müttəfiq ölkələrə də örnək olmalıdır”.

sia.az

Digər xəbərlər