Siyasət

  • 5 261

Maribor şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

image

Fevralın 26-də Sloveniyanın Maribor şəhərində yerləşən və müharibə qurbanlarına həsr olunan Dobrava Memorial Park Kompleksində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.SİA Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfirliyinə istinadən bildirir ki, səfirliyin nümayəndə heyəti, Sloveniya-Azərbaycan Dostluq Assosiasiyasının və yerli ictimaiyyətin nümayəndələri, bu şəhərdə fəaliyyət göstərən vəkillər Dobrava Memorial Park Kompleksində Xocalı soyqırımının qurbanlarına həsr olunmuş xatirə lövhəsi önünə əklillər qoyublar.Qeyd edək ki, Memorial Kompleksdə günahsız insanlara qarşı bəşəri cinayətlərin və müharibələrin ittiham olunduğu abidə və xatirə lövhələri mövcuddur. Xocalıya həsr olunan xatirə lövhəsinin də daxil olduğu bu abidələr gələcək nəsillərə humanizm və sülhpərvər dəyərlərin ötürülməsi, gənc nəsil arasında bu dəyərlərin təbliğ olunmasında mühüm əhəmiyyət daşıyır.

sia.az

Digər xəbərlər