Siyasət

  • 5 098

ABŞ Konqresində Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib

image

ABŞ Konqresində Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib.SİA Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyinə istinadən xəbər verir ki, tədbirdə çıxış edən ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov Xocalı soyqırımının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən faciəli səhifəsi olduğunu qeyd edib. Səfir, həmçinin ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasına da toxunub: "ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsindəki roluna görə təşəkkür edirik".Tədbirdə çıxış edən ABŞ Nümayəndələr Palatasının üzvü Pol Qosar Xocalı soyqırımının anılmasının vacibliyini vurğulayıb: "Xocalı faciəsini xatırlamaq çox vacibdir. Başqa cür olarsa, tarix özünü təkrarlayacaq".

sia.az

Digər xəbərlər