Siyasət

  • 5 477

"Paşinyan bu cür siyasi əxlaqsızlığı uzun müddətdir davam etdirir" ÖZƏL-MÜNASİBƏT

image

"Martın 31-də qondarma Dağlıq Qarabağ Respublikasında keçiriləcək “prezident seçkiləri” beynəlxalq normalara ziddir. Çünki qondarma DQR heç bir dövlət tərəfindən tanınmır və onun statusu yoxdur. O sadəcə olaraq Azərbaycanın bir parça ərazisidir. Belə ərazilərdə qondarma “prezident seçkiləri”nin keçirilməsi heç bir beynəlxalq normaya sığmır". Bunu SİA-ya millət vəkili Tahir Rzayev deyib."Ancaq təəssüflər olsun ki, Ermənistan, eləcə də qondarma rejim bu prinsipləri daimi olaraq pozurlar. Yaxşı haldır ki, heç bir beynəlxalq təşkilat, qurum indiyədək keçirilən “parlament”, “bələdiyyə” və “prezident” seçkilərinin nəticələrini tanımır və qəbul etmir. Əlbəttə ki, onlar bundan ibrət götürməlidirlər. Yalançı seçkiləri keçirmək, insanları bura cəlb etmək, onların əsəbləri ilə oynamaq, dünyaya bir siyasi şou göstərmək yaramazlıq və siyasi əxlaqsızlıqdır. İstər Dağlıq Qarabağda olan qondarma rejimin rəhbərləri, istərsə də Ermənistanın hakim dairələri başda Paşinyan olmaqla bu cür siyasi əxlaqsızlığı uzun müddətdir davam edirlər. Biz daimi olaraq bu məsələdə öz mövqeyimizi ortaya qoymuşuq. Azərbaycan Prezidenti cənab İlham Əliyev qətiyyətlə bütün çıxışlarında, bütün beynəlxalq tribunalardan deyir ki, “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Azərbaycanın ərazisidir. Heç vaxt Azərbaycan ərazilərində ikinci bir erməni dövlətinin yaranmasına icazə verilməyəcək. Əgər bizim sülh yolu ilə danışıqlarımız baş tutmasa, biz müxtəlif yollarla torpaqlarımızı işğaldan azad edəcəyik”. Azərbaycan Prezidenti hümanistdir, hümanist mövqe tutur və beynəlxalq hüquq normalarına əsaslanır. Ona görə də istəmir ki, insan qırğınına yol verilsin, ölkələr əziyyət çəksin, şəhərlər dağıldılsın. Bu mənada ölkə başçısı hər vəchlə çalışır ki, münaqişə sülh yolu ilə öz həllini tapsın"-deyə, deputat fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər