BMT 75 il ərzində universal təşkilat kimi fəaliyyət göstərib. Dünyada sülhün qorunması sahəsində tədbirlər görür. Buna baxmayaraq, bu gün dünyanın təhlükəsizlik məsələsi mürəkkəb hal alır.
Bu fikirləri fevralın 28-də Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva BMT 75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbirdə bildirib.
O qeyd edib ki, Azərbaycan BMT-nin üzvü olaraq sülhməramlı tədbirlərdə fəal iştirak edir. Azərbaycan yoxsulluğun aradan qaldırılması və regionda sülhün bərpa olunması kimi missiyaların reallaşdırılması istiqamətində mühüm tədbirlər görür.
yap.org.az