PDF Oxu

Siyasət

  • 6 501

Məqsədsiz REAL-a qarşı qaragüruh hücumu TƏRS BAXIŞ

Məqsədsiz REAL-a qarşı qaragüruh hücumu TƏRS BAXIŞ

Son günlər müifətin yeniləşməsi və irəli gedə bilməsi üçün 90-ların siyasətçilərindən, eləcə də düşüncə tərzlərindən birdəfəlik qurtulmağın vacib olduğunu deyən “REAL” partiyasının funksioneriləri məhz ittiham etdikləri köhnə təfəkkürlü müxalifətçilər tərəfindən ardıcıl hücumlara məruz qalmaqdadır.

ADP-dən təklif: “REAL-çılar özlərini güclü hesab edirlərsə, buyurub köhnələri sıradan çıxarsınlar”
Belə ki, “realçıların”, daha dəqiq desək, Natiq Cəfərlinin və Erkin Qədirlinin sözlərinə qarşı ilk olaraq, ADP sədri Sərdar Cəlaloğlu çıxıb. Partiya sədrinin sözlərinə görə, 1990-cı ildə çıxan siyasətçilər “istiqlalçılardırlar” və onların siyasi arenadan silinmələri üçün “REAL” funksionerinin verdiyi təklif süni şəkildə ortaya atılıb. Məsələ ilə bağlı mətbuata açıqlamasında “unudurlar ki, sözdə ”sən siyasətdən get, mən gəlim" deməklə iş olmur”, açıqlaması verən Cəlaloğlu əlavə edib ki, əgər “REAL”çılar özlərini güclü hesab edirlərsə, buyurub köhnələri sıradan çıxarsınlar: “ Sən güclüsənsə, xalqı öz arxanca apara bilənsənsə öz siyasi mübarizəni apar və təbii proses olaraq gəl bizi sıradan çıxar. Sən özün ortaya ciddi mübarizə qoya, özünü qəbul etdirə bilmirsənsə, hansı məntiqlə 90-ların siyasətçilərinə “sən get mən gəlim” deyirsən?!”
Sərdar Cəlaloğlu “REAL”çıları dələduz hesab edir
“Sən demirsən ki, 1990-cı illərin siyasətçiləri köhnəlib? Yaxşı, sən təzəsən, irəli çıx özünü göstər və mənə qalib gəl”, bildirən ADP sədri hətta A.Qasımlıya meydan da oxuyub: “Amerikada təhsil almısan, Amerikanın sənə verdiyi ağılla mənə qalib gəl. Yoxsa, sən özün heç nə etmə, heç bir mübarizə aparma, sonra da çıx mənə “sən get, biz gələk” tələbini ortaya qoy... Xeyir ola?! Niyə getməliyəm?! Mən meydanı, xalqı verməliyəm sənin kimi dil pəhləvanının, dələduzların əlinə ki, öz bildiyini edəsən?! Siyasət mübarizə meydanıdırsa, bu nə deməkdir ki, sən illərin siyasətçilərinə deyirsən ki, mən səndən önə keçə bilmirəm, sən kənara çəkil. Sən ona görə qalib gələ, önə keçə bilmirsən ki, sən özün guya yeni siyasi qüvvə olsan da sənin ideyaların köhnədir, bu xalqa lazım deyil. Xalq ağı qaradan yaxşı seçə bilir. Baxıb görür ki, sənin dediyin sözlər, sənin yanaşman onun milli maraqlarına uyğun deyil. Odur ki, 1990-cı illərin siyasətçiləri getsin kimi fikirlər hamısı cəfəng sayıqlamalardan başqa şey deyil".
AXP, Müsavat və AXCP də “REAL”a qarşı hücuma start verib
Maraqlıdır ki, ADP sədrinin “REAL” səlahiyyətlisini ittiham etməsinə AXP sədri Pənah Hüseyn də dəstək göstərib və eyni zamanda, bildirib ki, bu məsələni ortaya atmaq zamanı deyil. Hətta qeyd edib ki, bu cür məsələlər gündəmdə aktual sayıla bilməz.Digər ənənəvi müxalifət partiya sədrləri də “REAL”a qarşı hücumlara başlayıblar. Xüsusilə, AXCP və Müsavat tərəfdarları sədrlərin təlimatları ilə sosial şəbəkələrdə “REAL”a qarşı söyüş kampaniyalarına start veriblər. Sadəcə, ideya irəli sürən “REAL”çıların iddiasına qarşı belə bir radikal mövqenin bildirilməsi həm də belə düşünməyə zəmin yaradır ki, ənənəvi və radikal təmayüllü müxalifətçilər həqiqətən də köhnəldiklərinin fərqinə varmağa başlayıblar. Ancaq göründüyü kimi, heç vaxt reallığı dərk edə bilməyənlər bu dəfə də öz köhnə şakərlərinə qalmaqda davam edirlər. Əslində isə, onlar 90-cı illərin müxalifətçiləri kimi qalmaqla yanaşı, həm də həmin dövrdə siyasi məzarlığa gömülüblər.

sia.az

Digər xəbərlər