PDF Oxu

Siyasət

  • 5 809

"Prezidentlərin Moskva görüşü mövcud fikir ayrılıqlarını aradan qaldıracaq” ÖZƏL-MÜNASİBƏT

"Prezidentlərin Moskva görüşü mövcud fikir ayrılıqlarını aradan qaldıracaq” ÖZƏL-MÜNASİBƏT

“Türkiyənin Suriyada hərbi əməliyyatları uğurla davam edir. Qısa bir zamanda Əsəd rejimin kifayət qədər canlı qüvvəsi və texnikası Türkiyə ordusu tərəfindən məhv edilmişdir. Tükiyənin Əsəd rejimi üzərində uğur qazanması və ciddi zərbələrin vurulması Rusiyanın maraqında deyil. Rusiya Əsəd hökumətini dəstəkləyir və Suriyada rejimin bərpasına çalışır. Təbii ki, burda Soçi razılaşmasına əsasən Rusiyanın və Türkiyənin Suriyada maraqların dairəsi müəyyənləşmişdi”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.Deputatın sözlərinə görə, hərbi əməliyyatların eskalasiyası də Soçi razılaşmasının şərtlərini Əsəd hərbiçiləri tərəfindən pozulmasından sonra başlanıb: “Bütün bunlara baxmayaraq Rusiya və Türkiyə hərbiçiləri hərbi əməliyyatlarda üz-üzə gəlməyinə maraqlı deyillər. Çünki, Rusiya bilir ki, Türkiyənin güclü, müasir ordusu var. Türk məhmətciklərində ruh yüksəkliyi yüksəkdir və heç nədən qorxmadan müharibəyə sevinə-sevinə gedirlər. Rus ordusu da çox güclüdür və hərbi imkanlarından tam şəkildə istifadə olunarsa nəticələr hər iki tərəf üçün ağır olacaqdır. Putin və Ərdoğan bütün bunları yaxşı dərk edir və düşünürəm ki, müharibənin tam dərinləşməsinə imkan verməyəcəklər. Martın 5-də Moskvada Ərdoğanın Putinlə görüşü planlaşdırılır və düşünürəm ki, orada hər iki dövlətin Suriyadakı maraqlarının tam sərhədləri müəyyənləşəcək və hərbi əməliyyatların davam etdirilməsi dayandırılacaqdır. Rusiya ilə Türkiyə iqtisadiyyatları bir-biri ilə bağlı ölkələrdir. Əgər yenidən Rusiyanın Türkiyə ilə münasibətləri pozularsa hər iki ölkənin iqtisadiyyatları böyük itkilərlə üzləşəcəkdir. Ona görə də Suriya məsələsində ümumi razılıq hər iki ölkə üçün vacibdir və düşünürəm ki, prezidentlərin Moskva görüşü mövcud fikir ayrılıqlarını aradan qaldıracaqdır”.

sia.az

Digər xəbərlər