Müsavat və AXCP-nin əzəli qarşıdurmaları hər iki partiyanı yerdən-yerə vurur
Dağıdıcı müxalifət düşərgəsində iki "ana müxalifət" iddiası ilə çıxış edən partiyalar – Müsavat və AXCP arasındakı gərginlikləri sözün əsl mənasında ənənəvi hal alması ilə yanaşı, həm də mərhələli şəkildə davam edir. Misal üçün, son parlament seçkilərində müsavatçıların seçkilərə qatılması dərhal AXCP tərəfindən xəyanət və satnıqçılıq kimi qiymətləndirildi, sosial şəbəkələrə qarşılıqlı söyüş yağmurlarına start verildi. Yəni qarşıdurma olayları necə deyərlər, hadisələrə uyğun baş verir. Ümumiyyətlə, Azərbaycanda hər seçkiöncəsi və seçkisonrası AXCP-Müsavat qarşıdurması özünü daha qabarıq şəkildə büruzə verir ki, baş verənlərin hansı nəticələrə gəlib-çıxması isə dəfələrlə ictimai rəyin gözləri önündə sərgilənib.
Sanki həm Müsavat, həm də AXCP əvvəlcədən, planlı şəkildə öz mövqelərini tutaraq qarşılıqlı dididşmələrə hazırlıq görürlər
Fakt budur ki, həm Müsavat, həm də AXCP əvvəlcədən, planlı şəkildə öz mövqelərini tutaraq qarşılıqlı dididşmələrə hazırlıq görürlər. Söz savaşları isə kifayət qədərdir və artıq tərəflər arasındakı məsələ təhqir etmək müstəvisinə qədər inkişaf edib və beləliklə, bir daha aydın olur ki, AXCP və Müsavat partiyaları arasında qarşıdurmalar əbədi olaraq davam edəcək, əlbəttə ki, həmin partiyalar qısa müddət ərzində sıradan çıxıb, siyasi səhnəni tərk etməsələr. Halbuki, gözlənilən də budur: həm AXCP, həm də Müsavat son akkordlarını vurmaqdadırlar. Nə daxili azsaylı elektorat, nə də xalq onlardan hər hansı müsbət heç nə gözləmir.Digər tərəfdən, 1992-ci ildən başlayaraq AXCP-Müsavat arasında bəzən gözdə görünməsə də, daha kəskin xarakter alan qarşıdurma faktları mövcuddur. Bu mövcudluq hazırkı dövrə qədər gəlib-çatıb. Bunu inkar etməyə isə ümumiyyətlə heç bir sübut yoxdur. Hələ AXC hakimiyyəti zamanı yaradılan ikinci iqtidar partiyası – Müsavat o ərəfələrdən ciddi düşmənə çevrilmişdi. Həmin düşmənçiliyin davamı isə bu illərə qədər gəlib-çatıb.Onu da xatırlatmaq yerinə düşərdi ki, "Milli Şura"dakı "müttəfiqlikdən" öncə onlarla birliklərdə təmsil olunan hər iki partiya “liderləri” son anda azğın düşmənlərə çevrilərək bir-birlərinin siyasətlərini həzm etməyiblər.Xronikalar da həmin faktları isbat edir. Məsələn, hələ 2000-ci il seçkilərində Müsavat partiyasının sabiq başqanı İsa Qəmbər mərhum Elçibəyin xeyrinə geri çəkilməyərək, öz namizədliyini irəli sürmüşdü. O, həmin vaxtlar mətbuata müsahibəsində qeyd etmişdi ki, əgər Əli Kərimli öz partiya liderinə "bitmiş siyasətçi" damğasını vurursa, nəyə görə də Müsavat partiyası öz siyasi ambisiyasını irəli sürməməlidir və s...
Arif Hacılı Əli Kərimlidən Əbülfəz Elçibəyin qisasını almağa hazırlaşır
Bu gün eyni məsələ Müsavatın hazırkı başqanı Arif Hacılı eyni ifadələrlə Ə.Kərimlini "vurmağa" səy göstərir. Məsələn, o öz çevrəsinə deyib ki, Ə.Kərimli vaxtilə lideri Əbülfəz Elçibəyə xəyanət etdi, onu devirərək, AXCP-ni və sədarəti ələ keçirdi. Müsavatda isə pis-yaxşı başqan dəyişikliyi oldu və bu seçkilər yolu ilə reallaşdırıldı. Yəni A.Hacılı demək istəyir ki, İ.Qəmbərin başqanlıqdan getməsi Elçibəyin AXCP sədrliyindən qeyri-formal şəkildə uzaqlaşdırılması ilə bənzər deyil. Ona görə də o həm də keçmiş elçibəyçi kimi mərhim liderinin qisasını Ə.Kərmlidən almaq niyyətində olduğunu gizlətmir.
Kəskin savaşın baş qaldırması an məsələsinə çevrilib
AXCP və Müsavat qarşıdurmalarının digər illərinə nəzər salaq: 2003-cü ilin prezident seçkilərində qısa müttəfiqlik edən hər iki siyasi təşkilat arasında növbəti qalmaqal yaşandı. Belə ki, Müxalifətin Koordinasiya Mərkəzi (MKM) adlı qurumda İ.Qəmbəri müdafiə edəcəyini bəyan edən Ə.Kərimli son anda AMİP rəhbəri Etibar Məmmədovu dəstəkləmişdi.
2005-ci ilin parlament seçkilərində boykot taktikasını tutan Ə.Kərimli bununla Müsavata qarşı "öldürücü" zərbə vurmuş oldu. Nəticədə bir daha sübut olundu ki, ümumiyyətlə nə AXCP, nə də Müsavat partiyası heç vaxt hər hansı adda olan siyasi qurumda bir araya, yekdil fikrə gələ bilməyəcək.
Və beləcə, 2013-cü ilin "Milli Şura" olaylarına qədər hadisələr davam etdi. İndi isə növbəti və daha kəskin savaşın baş qaldırması an məsələsinə çevrilib.
Lakin onu da xatırladaq ki, "Milli Şura"dan öncə artıq fəaliyyətinə xitam verilmiş "İctimai Palata"da da bu kimi halların yaşanması davamlı olub. Müsavatçıların AXCP sədri Ə.Kərimliyə qarşı antipatik hissləri "palata"nın parçalanması və dağılması ilə müşahidə olunmuşdu.
Fiasko reallığı bu partiyaları daban-dabana izləyir
Göründüyü kimi, yarandığı gündən yalnız aşırı radikal düşərgənin inhisarı uğrunda mübarizə ilə yadda qalan, şəxsi maraqların vasitəçisinə çevrilən fikir ayrılığı artıq tam aydınlığa qovuşduğu üçün keçmiş "müttəfiqlər" bu cür açıq savaşa başlamaq məcburiyyətindədirlər. Çünki hansısa əməkdaşlıq nağılı artıq partiya üzvlərinə belə inandırıcı görünmür. Mübarizə o qədər açıq müstəvidə gedir ki, A.Hacılı ilə Ə.Kərimlinin bir-birilərinə qarşı apardıqları kampaniya sıravi partiya üzvləri tərəfindən də hiss edilir ki, bu fakt özünü sosial şəbəkələrdə tam çılpaqlığı ilə sərgiləməkdədir. Nəticə etibarı ilə yenidən başladılan əks-təbliğat kampaniyası isə növbəti mərhələyə keçid alıb. Bu kimi davamiyyət isə ənənəvi müxalifətin fiasko tendensiyasının reallaşmasına yetərincə təkan verəcək. Bu tendensiya hər iki partiyanı daban-dabana izləyir...
sia.az