PDF Oxu

Siyasət

  • 7 630

"Azərbaycan dövləti daima vətəndaşının yanındadır" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan dövləti daima vətəndaşının yanındadır" ÖZƏL-MÜNASİBƏT

"Koronavirus təhlükəsi ilə əlaqədar heç bir dövlət başçısı səfərlər etmədiyi halda, Prezident İlham Əliyevin bölgələrə səfərini təxirə salmaması ilə bağlı atdığı addım daima xalqının yanında olduğunun göstəricisidir. Eyni zamanda ortaya çıxan problemlərlə bağlı dövlətin çox ciddi tədbirlər gördüyünü də bir daha nümayiş etdirdi". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə deyib.Deputatın sözlərinə görə, bu gün dünyanı narahat edən koronavirus xəstəliyinə qarşı Azərbaycanda görülən işlər barəsində hesab edirəm ki, dövlət başçısı təkcə Goranboy rayonuna deyil, ümumən Azərbaycan ictimaiyyəti qarşısında çox mükəmməl bir hesabat verdi: "Göründüyü kimi Azərbaycanda atılan addımlar ölkəmizdə bu xəstəliyin təhlükə yaratmadığını və geniş yayılmamasının qarşısını aldı. Zamanında sərhəd-keçid məntəqələrinin bağlanması, Azərbaycana giriş və çıxışın nəzarət altına götürülməsi, bu xəstəliklə, eləcə də onun yaranma səbəbləri ilə bağlı dünya təcrübəsinin, ilk növbədə isə Çin təcrübəsinin öyrənilməsi bu xəstəliyin Azərbaycanda geniş yayılmasının qarşısını aldı. Həmçinin müvafiq avadanlıqların alınması, dövlət başçısının bu gün əhalinin diqqət etdiyi maskalarla bağlı öz fikrini bildirməsi bir daha göstərdi ki, cənab Prezident istənilən ciddi məsələni daima nəzarətdə saxlayır və bunun qarşısının alınması üçün addımlar atır. Eyni zamanda ölkə başçısının bölgələrə səfər etməsi, açıq şəkildə insanlarla görüşməsi onun şəxsi keyfiyyətini, cəsarətini, hazırlığını, onun hər bir vəziyyəti sadə vətəndaşı ilə bölüşmək əzmini göstərir. Məhz buna görə cənab Prezidentin cəmiyyətdə nüfuzu kifayət qədər yüksəkdir, məhz buna görə onun apardığı daxili və xarici siyasət sadə vətəndaşlar, seçicilər tərəfindən dəstəklənir. Dövlət başçısının dünənki səfəri bir daha göstərdi ki, Azərbaycan dövləti daima vətəndaşının yanındadır. Azərbaycan dövləti apardığı siyasətlə dövlətin nüfuzunu artırır, insanların dövlətə olan inamını artırır. Bu belədir və bundan sonra da belə olacaq”.

sia.az

Digər xəbərlər