PDF Oxu

Siyasət

  • 6 819

"Azərbaycan ordusu, əsgəri öz sözünü deməlidir" ÖZƏL-MÖVQE

"Azərbaycan ordusu, əsgəri öz sözünü deməlidir" ÖZƏL-MÖVQE

"Martın 31-də qondarma Dağlıq Qarabağ Respublikasında “prezident seçkiləri” keçiriləcək. Deyərdim ki, onlar 28 ildir “seçkiləri” artıq özləri üçün keçirirlər". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.Deputatın sözlərinə görə, bunlar özlərini bir qurum, dövlət hesab edirlər və “seçkilərini” keçirirlər: "Təbii ki, heç bir dünya dövləti tərəfindən onların nə özləri bir rəsmi qurum kimi tanınmır, nə də onların keçirdiyi “seçkilər” leqitim hesab olunmur. Çünki özləri qəbul olunmayan, tanınmayan qurumun keçirdiyi tədbir nə səviyyədə olacaq. Ancaq məsələ burasındadır ki, onlar kimi bir neçə belə qurumlar (Abxaziya, Osetiya, Luqanski və s. kimi) var. Bu ağılda olanlar və yaxud separatçılığı, terrorizmi, işğalçılığı dəstəkləyən ictimai birliklər, təşkilatlar vardır. Bəzə görürsən ki, onlar bu kimi tədbirə qatılırlar. Təbii ki, bu da birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir. Hesab edirəm ki, bunların qarşısı birdəfəlik alınmalıdır. Bunun da yeganə bir yolu var, o da həmin qurumun məhv olub darmadağın edilməsidir, cinayətkarların öz cəzasına çatmasıdır və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Növbəti dəfə də Azərbaycan tərəfi həm Azərbaycan Xarici İşləri Nazirliyi, həm də Dağlıq Qarabağın Azərbaycanlı İcması səviyyəsində öz bəyanatını verəcək. Ancaq bizim etirazımızın heç bir mənası yoxdur. Biz bu etirazları 28-30 ildir ki, edirik və bəyanatlar veririk. Ancaq onlar yenə də öz bildiklərini edirlər. Bu ancaq Azərbaycan ordusunun qələbə yürüşündən keçir. Ali Baş Komandanmızın əmri ilə Azərbaycan ordusu, əsgəri öz sözünü deməlidir".

sia.az

Digər xəbərlər