Adıçəkilən qurum işğal olunmuş ərazilərimizi “DQR” adlandırıb
Sirr deyil ki, Qərbdə fəaliyyət göstərən bir sıra sözdə beynəlxalq təşkilatların əksəriyyəti erməni lobbisinin təsiri altında anti-Azərbaycan xarakterli fəaliyyət göstərməkdədirlər. Əbəs deyil ki, bəlli qurumlar bilavasitə xaricdə fəaliyyət göstərən erməni lobbisinin pulları sayəsində hətta bir az da irəliyə gedərək, beynəlxalq aləmin tanımadığı separatçı “DQR”lə bağlı hesabatlar hazırlayır, qondarma respublikada insan hüquqları və s. məsələlər ətrafında mülahizələr irəli sürür. Məhz həmin kontekstdən çıxış edərək, bu dəfə “Freedom House” adlı saxtakar və korrupsioner qurumun növbəti dəfə sözün əsl mənasında başına erməni tumanı geyindiyini xatırlada bilərik.
“Amerikanın səsi” də bu saxtakarlığa qoşulub
Belə ki, “Freedom House” növbəti hesabatında işğalçı Ermənistan rəhbərliyinə təriflər yağdıraraq iddia edib ki, guya Nikol Paşinyanın ölkəsində “siyasi liberalçılığı və hakimiyyətə gəlişi “DQR”ə müsbət təsirlər göstərib” (?!-R.R.) Yəni göründüyü kimi, bu saxta təşkilat Azərbaycanın de-fakto ərazilərini qondarma respublika olaraq göstərib. Xatırladaq ki, “Freedom House” həmin “hesabatını” illik “Freedom in the World 2020” məruzəsi ətrafında ictimailəşdirib. “Artsax” (dırnaqlar bizimdir-R.R.) Avrasiya regionunda digər özünü müstəqil elan edən ərazilərdən açıq şəkildə fərqlənir”, deyə “Freedom House”nin saxta məruzəsini digər saxtakarlığa yol verən “Amerikanın səsi” məlumat yayıb. Görünür, erməni lobbisi bu dəfə də kisəsinin ağzını geniş açaraq, anti-Azərbaycan fəaliyyətini işə salmağa cəhd göstərib. Çünki həmin “məruzədə” o da qeyd olunur ki: “Arsax” ərazisində sentyabrda keçiriləcək yerli seçkilər ərəfəsində vətəndaş cəmiyyətinin aktivliyi və rəqabət artıb, 2020-ci ildə keçiriləcək “prezident” və “parlament” (dırnaqlar bizimdir – R.R.) “seçkiləri” ilə bağlı əlavə dəyişikliklər platforması formalaşdırılıb” .
Bu qurumlar zaman-zaman “DQR”i qismən azad ölkə kimi tanıdıqlarını əks etdirən hesabatlar yayıblar!
Beləliklə, aşkar həyasızlıq və açıq siyasi fahişəlik reallığı ortadadır və bir daha qeyd etmək yerinə düşərdi ki, bu Azərbaycana qarşı yönələn ilk belə hal deyil. Məsələn, xatırlatmaq olar ki, “Freedom Hoise” kimi erməni lobbisinin qucağında oturub-duran saxtakar təşkilat tək deyil.
Belə ki, “Human Rights Watch” kimi təşkilatlartın da qərəzləri arxasında dayanan əsas təkanverici mənbə Qərbdə fəaliyyət göstərən güclü və kifayət qədər kapitala malik olan erməni lobbisidir. Eyni zamanda, “Human Rights Watch”la yanaşı digər təşkilatlar – “Sərhədsiz Reportyorlar” və sairləri də bu “missiyaya” xidmət edirlər.Xatırlada bilərik ki, bu kimi siyasi fahişəlik təşkilatları bir müddət əvvəl tanınmayan qondarma “DQR”i qismən azad ölkə kimi tanıdıqlarını əks etdirən hesabatlar yayıblar. Söz yox ki, belə qurumların kimsəyə lazım olmayan əsassız “hesabatları” beynəlxalq aləmdə heç bir maraq, diqqət doğurmur.
Qaragüruh və radikal müxalifətçilər “Freedom House”nin çətiri altına keçərək, erməni lobbisinin marağına xidmət edirlər
Lakin sonda daha bir məsələni də qeyd etmək yerinə düşərdi ki, bu gün özlərini siyasi müxalifət adlandıran qaragüruhçu, radikal müxalifət də zaman-zaman insan hüquqları və s. kimi məsələlərdə başına erməni tumanı keçirən xarici təşkilatların çətiri altına keçirlər. Bununla da onların işğal olunmuş ərazilərimizlə bağlı yaydıqları ermənipərəst “hesabatlarını” dolayısı ilə dəstəkləyirlər. Əgər belə olmasa idi, bu gün AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, “Milli Şura”nın sədri cəmil Həsənli və sairləri bugünlərdə ictimailəşdirilmiş saxta “məruzəylə” bağlı etiraz səslərini ucaldardılar. Amma bunu etmədilər. Nəticədə hər şey gün kimi aydındır – bu gün Azərbyacan əleyhinə fəaliyyət göstərənlər yalnız erməni lobbisinin tapşırıqları əsasında var-gəl edən xarici təşkilatlar deyil, eləcə də onlara züy tutan radikal müxalifət də ortadadır...
sia.az