“Prezident İlham Əliyevin koronavirusa yoluxma təhlükəsi olmasına baxmayaraq regionlara növbəti səfəri, vətəndaşlarla təmasda olması dövlət başçısının həm iradəsinin, həm xalqa olan münasibətinin, həm də insani keyfiyyətlərinin bariz göstəricisidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.O bildirib ki, ölkə başçısı həyat əhəmiyyətli bütün məsələlərdə öndədir: “Dünya ölkələrinə baxdıqda görürük ki, adətən belə hallarda ölkə başçıları sanki kənarda qalırlar. Amma bizdə bunun əksini görürük. İstər təbii fəlakət zamanı, istər hərbi məsələlərdə, istərsə də digər çətin anlarda Prezident İlham Əliyev hər zaman xalqın yanında olur, onların problemləri ilə birbaşa maraqlanır”.Azərbaycanda koronavirus infeksiyası ilə bağlı vəziyyətin ciddi nəzarət altında olduğunu deyən deputat söyləyib ki, məhz görülən işlər nəticəsində virus ölkə arealına geniş yayılmasının qarşısı alındı: “Ölkə ərazisində həm ictimai nəqliyyatda, həm təhsil müəssisələrində , insanların kütləvi sürətdə toplaşdığı məkanlarda dezinfeksiya işləri aparılır”.Deputat virusla bağlı süni şəkildə ajiotajın yaradılması məsələsinə də toxunaraq bunun əleyhinə olduğunu dilə gətirib: “Ölkə başçısı İlham Əliyev də regionlara növbəti səfəri zamanı da bu məsələlərə toxunaraq çox mühüm mesajlar verdi. Hazırki vəziyyətdən süni şəkildə istifadə edənlər öz mənlərini ortaya qoyur, xalqla dövlət arasında uçurum yaratmağa çalışılar ki, belə hallar yolverilməzdir. Bildiyiniz kimi neçə gün idi ki, spirt, maska çatışmazlığı ilə bağlı insanlar narahatlıq keçirir və bunu dilə gətirirdilər. Lakin bu demək deyil ki, ölkəmizdə söylənən ləvazimatlar yoxdur. Sadəcə möhtəkir və işbazlar yaranmış vəziyyətdən istifadə etməyə çalışırlar. Ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə bütün sahələr, o cümlədən də səhiyyə sahəsinə xüsusi diqqət göstərilir, koronavirusla bağlı işlər də tam nəzarətdə saxlanılır. Belə olan halda, hesab edirəm ki, təşviş yaradacaq informasiyalar yaymağa, vəziyyətdən sui-istifadə etmək üçün heç bir əsas yoxdur”.
sia.az