PDF Oxu

Siyasət

  • 7 939

"İdlibdə gedən proseslərdən Ermənistan rəhbərliyi narahatlıq keçirir" - AÇIQLAMA

"İdlibdə gedən proseslərdən Ermənistan rəhbərliyi narahatlıq keçirir" - AÇIQLAMA

Son vaxtlar erməniləri narahat edən bir sıra məsələlər var: “Əsas məsələ Türkiyə prezidenti Ərdoğanın Azərbaycanda prezident İlham Əliyevlə görüşü və Dağlıq Qarabağla bağlı verdiyi bəyanatlar və bundan sonra ”Bahar qalxanı" əməliyyatının başlanması və əsas hədəf kimi Rusiyanın və İranın regional müttəfiqləri olan Suriyaya qarşı apardığı döyüşlərdir. SİA-nın məlumatına görə bunu açıqlamasında Milli Məclisin deputatı, politoloq Arzu Nağıyev deyib.Politoloq bildirib ki, Eyni zamanda bu ərəfədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Türkiyəyə səfəri və xarici işlər naziri Cavuşoğlu ilə görüşünün mahiyyətinin ermənilər tərəfindən başqa bir rakursdan, yəni Dağlıq Qarabağda da əməliyyatların keçirilə biləcəyi qorxusu gündəmi dəyişdirib: “Paralel olaraq Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri də bu proseslərə öz təsirini göstərir".O, söyləyib ki, təbii ki, Ermənistan hakimiyyəti təşvişdədir və buna görə də səfərbərlik elan edib, həm də Rusiyanın Suriyada mövqeyini də nəzərə alaraq, necə deyərlər, bir qorxu hissi də keçirir: “Çünki hər hansı bir döyüş əməliyyatı başlasa, Rusiyanın onlara yardım edəcəyi sual altındadır. Bundan başqa, qondarma qurumun planlaşdırdığı saxta seçkilərin keçirilməsi də sual altındadır. Qeyd edək ki, KTMT baş katibi ötən həftə üç günlük səfərlə Ermənistanda olub. Bu səfər Qazax istiqamətində baş verən gərginliklərdən sonraya təsadüf edib. Bəzi ekspertlər “Rus NATO”-sunun aktivləşməsini təsadüfi saymır. Hesab olunur ki, Türkiyəyə Suriyada bata bilməyən şimal qonşumuz Cənubi Qafqazda yeganə söz sahibi olduğunu nümayiş etdirmək üçün həmlə edə bilər”.A.Nağyev qeyd edib ki, bu ərəfədə Rusiyanın, ümumiyyətlə, Dağlıq Qarabağda hərbi müdaxilə məsələsi inandırıcı görünmür, çünki bu artıq bütün dünya tərəfindən hüquq və normaların pozulması demək olar: “Çünki Rusiyanı bu gün maraqlandıran əsas məqam İdlib və Suriyada baş verən, Türkiyə münasibətlərində olan gərginlikdir. Təbii ki, baş verən proseslər bir daha göstərir ki, Ermənistanın tək rəhbərliyi deyil, eyni zamanda mediası da narahatçılıq keçirir. Daha doğrusu rəhbərliyin inhisarında olan media qurumları bu prosesləri müəyyən qədər Türkiyə-Rusiya münasibətləri, Türkiyə-Azərbaycan münasibətləri kontekstində verməyə çalışırlar. Məlumdur ki, bu da alınan təşvişdən qeyd olunan məsələlərlə bağlıdır. Bilirlər ki, hər hansı bir problem baş versə Rusiya onlara kömək etməyəcək. Çünki Rusiya artıq bu istiqamətdə də ikinci cəbhə açmaq iqtidarında deyil. Bütün bunları nəzərə alaraq demək olar ki, bu gün keçiriləcək Ərdoğan-Putin görüşündən çox şey asılıdır”.

sia.az

Digər xəbərlər