PDF Oxu

Siyasət

  • 7 853

Suriya məsələsində görünməyən MƏQAMLAR ŞƏRH-ÖZƏL

Suriya məsələsində görünməyən MƏQAMLAR ŞƏRH-ÖZƏL

"Odlu müharibələrin hamısı lokal epizodik mamentlərdir. Əslində bu müharibələrin arxasında daha böyük, görünməyən proseslər baş verir. Düşünürəm ki, türk ordusunun Suriyada gedən proseslərdə vurulması qardaş ölkə üçün sonuncu limit idi. Baş verənlərdən sonra Türkiyənin geri çəkilsə, həmin qüvvələr qarşısında müdafiə olunmağa başlasa idi o zaman özünün, eləcə də ordusunun məğlubu hazırki proseslərdən geri çəkilməsi olardı”. Bu fikirləri SİA-ya açıqlamasında “Resurs” Analitik Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.O bildirib ki, baş verənlərdə Türkiyənin başqa yolu yox idi: “Türkiyənin əməliyyata başlamamışdan öncəki vəziyyətə nəzər saldıqda Suriyada ABŞ-la Rusiya arasında müharibə gedirdi və orada daha çox müxtəlif - PKK, YPK , İŞİD və digər adlar altında terror qrupları geniş vüsət almağa başlamışdı. Belə olan halda bu, Türkiyə üçün çox ciddi təhlükə siqnalı idi”.Ədalət və İnkişaf Partiyası (AKP) hakimiyyətə gələnə qədər Türkiyənin dəfələrlə hakimiyyət böhranı ilə üzləşdiyini, ciddi terror hadisələrinin baş verdiyini xatırladan ekspert söyləyib ki, AKP hakimiyyətə gəldikdən sonra qardaş ölkədə stabillik yarandı və orada daxildə terrorla mübarizə aparılmağa başlandı: “Bu gün Türkiyənin daxilində demək olar ki, terror faktları qeydə alınmır. Bu da o deməkdir ki, qardaş ölkə terrorçuları sıxışdıraraq öz sərhədlərindən kənarlaşdıra bilib. Əgər bu gün Türkiyə Suriya məsələsinin həllində kənarda qalarsa, o zaman bu qardaş ölkə üçün gələcəkdə problemlər yarada bilər. Belə olan halda, Türkiyə məsələnin həllində iştirak etməli idi”.R. Quliyev qeyd edib ki, Türkiyə ordusunun, əsgərinin şücaəti ilə özünün Suriyadakı mövcudluğunu sübut etmək məcburiyyətində idi: “Bunu etdikdən sonra Türkiyə son istifadə edə biləcəyi addımları atdı. Onlardan biri də qaçqınlarla bağlı idi. Əgər dünənə qədər Avropa qaçqınlar problemi ilə danışıqlar prosesinə gedirdisə, bu gün Türkiyə prezidenti bu danışıqlara da son qoydu”.Türkiyə və Rusiya liderləri arasındakı görüşə gəlincə Mərkəz sədri vurğulayıb ki, həm Rusiya prezidenti Vladimir Putin, həm də Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan şəxsiyyəti, xarizması bu danışıqların heç də asan olmayacağına dəlalət edir: “Düşünürəm ki danışıqlar konkret olacaq, sövdələşmələrin əldə olunacağına güman etmirəm. Hesab edirəm ki, danışıqlarda əsas müzakirə sərhədlərlə bağlı olacaq”.

sia.az

Digər xəbərlər