PDF Oxu

Siyasət

  • 7 348

Putin Ərdoğan görüşü: Müharibədən atəşəkəsə qayıdış ŞƏRH-ÖZƏL

Putin Ərdoğan görüşü: Müharibədən atəşəkəsə qayıdış ŞƏRH-ÖZƏL

“Putin və Ərdoğan arasında Kremldə danışıqlar altı saatdan artıq davam etdi və bu görüş nəinki Suriyanın gələcəyi və Türkiyə-Rusiya müttəfiqliyinin davam edib-etməməsi baxımdan əhəmiyyət kəsb edirdi, eləcə də bütövlükdə Yaxın Şərqdəki bir sıra proseslər məhz iki liderin təkbətək və həftələrarası görüşündən sonra müəyyənləşdi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.O bildirib ki, İdlibdə 36 türk əsgərinin öldürülməsindən sonra iki ölkə lideri arasındakı söhbətin son dərəcədə gərgin keçəcəyi şübhəsiz idi: “Lakin bununla belə indiki şəraitdə Ərdoğanla Putinin anlaşmaqdan və yola birlikdə davam etməkdən başqa daha ağıllı çıxış yolu tapmaq imkanları məhdud idi və onlar İdlibdəki vəziyyət barədə yol xəritəsini birlikdə cıza bildilər”.Politoloq söyləyib ki, İdlibdə atəşkəsin pozulmasının əsas səbəbi kimi Rusiyanın və Əsədin Türkiyəni Soçi razılaşmalarına əməl etməməkdə, oradakı terrorçuları tərksilah etməyə dair öz üzərinə götürdüyü öhdəliklərə riayət etməməkdə ittiham etməsi idi: “Məsələn, Rusiyanın və Əsəd qüvvələrinin İdlibdə 27 fevralda türk ordusuna hücum etməsinin səbəbi "Hayat təhrir əş-şam" terror təşkilatının onlara hücumu göstərilir və günahsız türk əsgərlərinin şəhid olmasının Türkiyənin dövlət maraqları ilə əlaqəsi yoxdur. Bu terror təşkilatı ABŞ-ın himayəsindədir, məqsədi İdlibdə sünni vilayəti yaratmaqdır və Türkiyənin onları tərksilah etmək imkanları olduqca məhduddur. Bununla belə, atəşkəsin təmin olunması Ərdoğanın Moskvaya səfəri zamanı əsas hədəflərdən biri idi və buna nail olundu, bu gün, 6 mart gecəyarısından etibarən atəşkəs rejimi qüvvəyə minir”.N. Məmmədova vurğulayıb ki, digər razılaşma müddəalarına əsasən, İdlibdəki M4 trassından şimalda və cənubda 6 km enində təhlükəsizlik zonası yaradılacaq və martın 15-dən etibarən orada türk ordusu ilə rus ordusu birgə patrul aparacaqlar: “ Beləliklə, Syriyada Rusiya və Türkiyə atəşkəsə nail oldu. Bununla belə, bu sülhün möhkəm olacağının təminatı yoxdur, hər şey tərəflərin öz üzərinə götürdüyü öhdəliklərə riayət olunmasından, eləcə də gələcəkdə bir çox daxili və xarici amillərdən asılı olacaq”.Ekspert vurğulayıb ki, Rusiyanı danışıqlar masasına əyləşməyə sövq edən Türkiyənin "Bahar qalxanı" əməliyyatına başlayaraq, Suriyada məhdud hərbi-hava qüvvələri olan Rusiyaya öz hərbi qüdrətini nümayiş etdirməsi oldu: “Beləliklə, Rusiya və Türkiyə Astana prosesinin davam etdirilməsi barədə razılığa gəldilər. Bununla da, Əsədin Rusiyanın dəstəyinə arxayın olaraq, bütün Suriya ərazisində yenidən öz yurisdiksiyasını bərqərar etmək planları puç oldu. Bundan sonra status-kvo yenə də Rusiya və Türkiyənin birgə iştirakı ilə saxlanılacaq. Ərdoğan son dövrdəki hadisələrdən sonra ABŞ və NATO-nun Türkiyəyə dəstəyinə ümidini tamamilə itirdi və indiki halda hər halda Rusiya ilə anlaşmanın ən real çıxış yolu olduğunu gördü”.N. Məmmədova əlavə edib ki, iki ölkə müharibə həddinə gəlsə də, vaxtında geri çəkilməyi bacardı: “Əks halda, genişmiqyaslı müharibə qaçılmaz olardı. Təbii ki, Əsəd qüvvələrinin son hücumundan sonra minlərlə qaçqın Türkiyə sərhəddinə toplaşmışdı, BMT bunu humanitar fəlakət vəziyyəti kimi qiymətləndirdi və belə bir şəraitdə Türkiyə ordusunun Əsədi geri çəkilməyə məcbur etmək üçün hücumları anlaşılan idi. Artıq tərəflər müharibə həddindən atəşkəs dövrünə qayıdıblar və müvəqqəti də olsa, atəşkəsə riayət olunması gözlənilir. Lakin bu, uzunmüddətli olmayacaq və Türkiyə-Rusiya-Suriya-İran kimi sahədə açıq mövcud olan ölkələrin, eləcə də burada maraqlı xarici qüvvələrin, xüsusilə, ABŞ, AB, İsrail və onların Suriyadakı müttəfiqləri arasında ziddiyyət dərinləşən kimi atəşkəsin pozulacağı əsla istisna edilə bilməz”.

sia.az

Digər xəbərlər