"Prezidentin çıxışı cəmiyyət üçün yol xəritəsi idi" RƏY-ÖZƏL

“Dünən ölkə olaraq tarixi bir gün yaşadıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə VI çağırış Parlamenti fəaliyyətə başladı. Dövlət başçısını geniş, çox dəyərli, tarixi çıxışı Azərbaycan uğrunda çıxdığımız şərəfli yolu aydınladan böyük bir işıq seli idi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.O bildirib ki, dövlət başçısının ötən gün etdiyi hər bir çıxış, hər bir cümlə həm Parlament, həm icra, həm də bütün cəmiyyət üçün yol xəritəsi idi: “Prezidentin geniş nitqi eyni zamanda bir çox beynəlxalq təşkilatlara, hələ də ölkəmizə qarşıikili standartlar tətbiq edənlərə bir mesaj idi. Ölkə başçısı çıxışı zamanı bildirdi ki, Milli Məclisin yeni tərkibi parlamentin ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyini deməyə əsas verir. Bununla yanaşı, ölkə rəhbəri Milli Məclisin yeni tərkibinə onların beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etmələri, qanunlar qəbul olunarkən, iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınması ilə bağlı fikirlərini çatdırdı”.J. Əliyeva vurğulayıb ki, ötən gün Milli Məclisdə edilən çıxış islahatlar yoluna qədəm qoymuş Azərbaycanımızın hər bir vətəndaşına, hər qarış torpağına dövlət başçımızın ehtiramının, məhəbbətinin və qayğısının daha bir parlaq nümunəsi idi: “Bu çıxış daha möhkəm vətəndaş cəmiyyətinin qurulması, xalq və dövlət münasibətlərinin inkişafının daha da dərinləşdirilməsi üçün atılmalı olan addımların məcmusu idi”.

sia.az