PDF Oxu

Siyasət

  • 34 638

Yeni tərkibli Milli Məclisin qarşısına qoyulan tələb və tapşırıqlar ŞƏRH-ÖZƏL

image

“Ötən gün Prezident İlham Əliyev yeni tərkibli Milli Məclisin ilk plenar iclasında iştirakı ilə bizə şərəf verdi. Ölkə başçısı nitqi ilə Milli Məclisin yeni üzvlərinə tapşırıq və tövsiyələrini çatdırdı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.Ölkə başçısı ötəngünkü nitqində bir sıra məsələlərə toxunduğunu deyən deputat söyləyib ki, əsas məqam, hədəf parlamentin fəaliyyətinin müasir dünyada baş verən proseslərə operativ olaraq cavab verməsi, işini yüksək səviyyədə qurmasıdır: “Cənab Prezident bildirdi ki, deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar. Hesab edirəm ki, bu, ölkə başçısının Milli Məclisin üzvlərinə mühüm tapşırığıdır”.E.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev çıxışı ilə Milli Məclisin yeni tərkibinə qanunverici orqan kimi mövcud qanunlara yenidən baxılması, onların müasir dövrün tələblərinə uyğunlaşdırılması, lazım olan əlavə və dəyişikliklərin zamanında edilməsi, yeni qanunların qəbul olunması və qəbul olunanda beynəlxalq aləmdə baş verən proseslərə yüksək səviyyədə cavab verməsi ilə bağlı tapşırıqlar verərək, deputatların üzərinə ciddi tələb və vəzifələr qoydu: “ Ölkə başçısı vurğuladı ki, hər bir deputat istər parlament, istərsə də kənar fəaliyyətində, xarici səfərlərdə, beynəlxalq tədbirlərdə cəsarətlə, qətiyyətlə, yüksək səviyyədə mövqeyini təqdim etməyi bacarmalıdır. Prezident Milli Məclisin üzvlərinə gedən proseslərə oturub baxmaq, susqun olmaq, fikrini bildirməmək, liberallıq göstərmək kimi hallara qarşı ciddi fikirlərini səsləndirdi”.Deputat vurğulayıb ki, dövlət başçısı nitqində yeni məqama toxunaraq millət vəkillərinin qəbul olunan qanunların yerlərdə icrasına nəzarət funksiyası yerinə yetirməli olduqlarını da söylədi: “Bu artıq parlament üçün yeni vəzifə, yeni səlahiyyətdir. Ümumilikdə götürəndə yeni tərkibli Milli Məclis islahatçı, yenilikçi parlament kimi fəaliyyət göstərməlidir. Bu bizim qarşımızda vəzifə və tələbdir”.E.Məmmədov əlavə edib ki, Azərbaycan Milli Məclisinin rəhbərliyinin qadın olması İslam dünyası üçün nümunədir: Hesab edirəm ki, yeni formalaşmış parlament nümunəvi fəaliyyəti ilə cənab Prezidentin etimadığını doğruldacaq”.

sia.az

Digər xəbərlər