"Prezident İlham Əliyevin Milli Məclisin yeni tərkibli iclasında irəli sürdüyü fikirləri tövsiyə və tapşırıqları bizim üzərimizə böyük məsuliyyət qoyur və əlbəttə ki, var qüvvəmizlə öhdəmizə düşən işlərin hər birindən layiqincə gələcəyik". Bunu açıqlamasında millət vəkili Mahir Abbaszadə deyib.Millət vəkili vildirib ki, ölkə başçısı ötən günkü nitqində bir sıra əhəmiyyətli məsələlərə toxunub və burada əsas məqam, mühüm hədəf parlamentin fəaliyyətinin müasir dünyada baş verən proseslərə operativ olaraq cavab verməsi, eləcə də qanunvericilik işini yüksək səviyyədə qurması, əsasən də xalqın maraqlarına cavab verəcək şəkildə fəaliyyət göstərməkdir: "Prezident İlham Əliyev tövsiyə və tapşırıqlarını tezis şəklində çatdırdı və vurğuladı ki, millət vəkilləri seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə arcıdıl sürətdə maraqlanmalıdırlar. Ölkəmizin başçısı vurğuladı ki, hər bir deputat istər parlament, istərsə də kənar fəaliyyətində, xarici səfərlərdə, beynəlxalq tədbirlərdə cəsarətlə, qətiyyətlə, yüksək səviyyədə mövqeyini təqdim etməyi bacarmalıdır. Cənab İlham Əliyev parlamentin yeni tərkibinin üzvlərinə regionda və beynəlxalq aləmdə gedən proseslərə reaksiyalar göstərməyi, dinamik fəaliyyət aparmağı xüsusilə vurğuladı. Düşünürəm ki, artıq parlament üçün yeni vəzifələr, yeni çağırışlar, yeni səlahiyyətlər müəyyən olunub. Bu baxımdan, hesab edirəm ki, islahatların tərkib hissəsi olaraq, yeni tərkibli Milli Məclis də öz fəaliyyət prinsipini modernləşmə yolunda quracaq, deputatlar seçicilərin iradəsinə cavab olaraq, onların problemləri, qayğıları ilə maraqlanacaq. Artıq bu bizim qarşımızda əhəmiyyətli öhdəlik və vəzifə borcudur".
sia.az