PDF Oxu

Siyasət

  • 35 798

"Bütün siyasi proseslərdə çox ciddi iştirak etmişik" ÖZƏL-MÜNASİBƏT

image

Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı vətəndaş cəmiyyəti institutlarının informasiya əldə etmək və yaymaq imkanlarını əsaslı şəkildə genişləndirmişdir. Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, siyasi partiyalar ənənəvi medianın imkanlarından yararlanmaqla yanaşı, artıq sosial şəbəkələrin təqdim etdiyi xidmətləri informasiya-təbliğat və əks-təbliğat fəaliyyətinin həyata keçirilməsində prioritet istiqamət kimi müəyyənləşdirirlər.Azərbaycan Respublikasında 55 siyasi partiya dövlət qeydiyyatına alınsa da, onların böyük qismi fəaliyyətsizdir və ya məhdud şəkildə fəaliyyət göstərir ki, bu da həmin təşkilatların informasiya resurslarına çıxışında bilavasitə özünü büruzə verir.Məsələ ilə bağlı SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli bunları deyib: “Yurddaş Partiyası 1993-cü ildə yaranıb və o zamandan fəaliyyət göstərir. Bizim əsas fəaliyyət istiqamətimiz adından da göründüyü kimi Azərbaycandan kənarda yaşayan azərbaycanlıların Azərbaycanla əlaqələrinin təmin olunmasında fəal iştirak etmək, onların hüquq və azadlıqlarını qorumaq, onların xarici ölkələrdə yadlaşmaması üçün hər cür dəstək verməkdir. Biz bu istiqamətdə çox ciddi fəaliyyət göstərmişik. Bu gün Azərbaycanda məhz bu məsələnin dövlət səviyyəsinə qaldırılmasında bizim böyük rolumuz olub. Diaspora işi ilə bağlı qəbul olunan qanunvericilikdə yaxından iştirak etmişik. O qanunların hazırlanmasında birbaşa iştirak etmişik.Bizim partiya II çağırış Milli Məclisdə təmsil olunanda da bu istiqamətdə ciddi fəaliyyət göstərmişik. Təbii ki, biz siyasi partiya olaraq Azərbaycandakı bütün siyasi proseslərdə də çox ciddi iştirak etmişik. Bizim partiyanın yerli strukturları var. Yerli strukturlarımız demək olar ki, Azərbaycanın bütün rayonlarını əhatə edir. Onların vasitəsilə birbaşa biz bu siyasi proseslərdə iştirak edirik, baş verən hadisələrə birbaşa münasibətimizi bildiririk. Bizim mətbuat xidmətimiz vardır. Həmin mətbuat xidməti vasitəsilə biz partiyanın fəaliyyəti haqqında mətbuatla, ictimaiyyətlə əlaqə saxlayırıq. Partiyalararası münasibətləri qurmaq üçün digər partiyalarla ünsiyyət oluruq. Xüsusilə bu gün sözün həqiqi mənasında Azərbaycanı sevən, ölkəmizin inkişafında fəal iştirak edən, Azərbaycanda gedən abadlıq, quruculuq işlərini dəstəkləyən partiyalarla əməkdaşlıq edirik. Belə hesab edirik ki, Azərbaycanda partiyaların rolu daha da gücləndirilməlidir. Partiyalar dövlət həyatının əsas atributlarından və dövlətin ümumi mənzərəsinin əsas elementlərindən biridir".

sia.az

Digər xəbərlər