"Azərbaycanda manatın dəyərdən düşməsi üçün heç bir təhlükə yoxdur" Komitə sədri

“Azərbaycanda manatın dəyərdən düşməsi üçün heç bir təhlükə yoxdur. Dövlət tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.O bildirib ki, koronavirusla bağlı dünyada ümumi iqtisadi inkişaf tempinə mənfi təsir göstərə bilər: “Lakin Azərbaycanda keçirilən qabaqlayıcı tədbirlər nəinki iqtisadi tempimizi aşağı sala bilməz, əksinə artacaq”.Komitə sədri qeyd edib ki, dövlət vətəndaşının bütün qayğıları, eləcə sahibkarların narazılıqlarının qarşısının alınması üçün bütün tədbirlər görür: “ Bildiyiniz kimi ölkəmizdə “Əmanətlərin sığortalanması” haqqında qanun qəbul edildi. Bundan sonra da bu istiqamətdə addımlar atılacaq”.

sia.az