"Bu gün hər bir dövlət koronovirusdan əziyyət çəkir və bu xəstəlik hər bir dövləti vurur". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.Politoloqun sözlərinə görə, Ermənistan ilkin məqamlarda çox çalışdı ki özünü qorusun. İşğalçı ölkə hələ Azərbaycandan qabaq İranla sərhədi bağladı: "Halbuki Ermənsitan tərəfi İranı strateji tərəfdaş adlandırırlar və hər zaman da keçmiş liderlər qeyd edirlər ki, İran sərhədi açıq tutmasaydı, Ermənistan çökmüşdü. Amma dərhal sərhədi bağladılar ki, özlərini qorusunlar. Buna rəğmən görürük ki, orada da xəstələnənlərin sayı getdikcə artır. Ermənistanın vəziyyəti bu xəstəliklə bağlı həm də ona görə ağırlaşır ki, Azərbaycan və Türkiyə ilə düşmən mövqedədir, torpaqlarımızı işğal edib və sərhədlər bağlıdır. Hazırda işğalçı ölkənin sərhədləri İranla da bağlanıb. Hətta Gürcüstan üzərindən Rusiya da sərhədi bağladı. Faktiki olaraq Ermənistan blokada şəraitindədir. Ermənistanın iqtisadi vəziyyəti bu səbəbdən getdikcə daha da ağırlaşacaq. Düzdür başqa dövlətləri də eyni problemlər gözləyir. Amma Ermənistanın problemləri daha dərindir, çünki o işğalçılıq siyasətinə görə Azərbaycan və Türkiyə ilə düşmən mövqedədir. Ermənistan belə vəziyyətdən böyük itkilərlə çıxacaq”.
sia.az