“Həmin qadınlar küçələrə fahişəliyi təbliğ etməyə çıxmışdılar” RƏY-ÖZƏL

“Siyasi şoularla özlərinə xal qazana bilməyənlər, qadın feministlərin anormal fəaliyyətlərindən bəhrələnməklə diqqət mərkəzinə çevrilməyə ümid bəsləyirlər”. Bunu SİA-ya açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.Onun sözlərinə görə, belə bir misalı var, deyir "suda boğulan saman çöpündən yapışar": “Bu insanlar mövqeyindən asılı olmayaraq istənilən şəxsi öz tərəflərinə keçirməyə meyilidilər. Adları çəkilən şəxslər hesab edirlər ki, feminist qadınların çağırışlarından istifadə etməklə nəyəsə nail ola bilərlər. İcazəsiz aksiyalara çıxan qadınları dəstəkləməklə onları öz tərəflərinə çəkə biləcəklər. Təbii ki, dağıdıcı müxalifət partiyalarının feminist qadınların aksiyasına və sosial şəbəkələrdə ki, anormal çağırışlarına dəstək vermələri tamamilə yolverilməz bir haldır. Feminist adı ilə meydana çıxan qadınların bu çağırışları, feminizmlə heç bir əlaqəsi yoxdur. Demək olar ki, həmin qadınlar küçələrə fahişəliyi təbliğ etməyə çıxmışdılar".T.Qənioğlu bildirib ki, fahişəliklə feminizm arasında göylə yer qədər fərq var: "Bir sözlə, bəzi dağıdıcı müxalifət partiya sədrlərinin Feminist qadınların aksiyasına dəstək vermələri tamamilə əxlaqdan kənar bir haldır və siyasətçiyə yaraşmayan bir haldır. Ümumiyyətlə, bu cür çağırışları dəstəkləməyin özü əxlaqdan kənar bir haldır. Əxlaqdan kənar çağırışı dəstəkləməyin adı elə əxlaqsızlıqdır. Bunun başqa bir adı yoxdur. Bu qədər qadının birdən birə küçəyə çıxması özbaşına deyil, yəni kimsə bunları təşkilatlandırıb. Dünyada Azərbaycan qadını kimi namuslu, qeyrətli, ailəcanlı qadınları tapmaq çox çətindir. Azərbaycan kimi qadınların hüquqlarını qoruyan dünyada ikinci bir dövlət varmı? Təbii ki yoxdur. Şərqdə ilk dəfə qadına azadlıq verən, səs hüquqi verən elə Azərbaycan olub. Belə bir ölkədə bu hərəkətlərin təşkil olunması ölkəni, milləti, dövləti gözdən salmaqdan başqa bir şey deyil. Yəni bunların arxasında Azərbaycan dövlətini istəməyən və ölkədə nə isə xoşagəlməz bir vəziyyət yaratmaq istəyən qüvvələr dayanır. Amma onların bu istəkləri baş tutmayacaqdır. Çünki Azərbaycan dövləti güclü və qüdrətli dövlətdir”.

sia.az