"Virusdan qorxmaq lazımdır, ajiotaj yaratmaq yox" Komitə sədri

Koronovirusla mübarizə çərçivəsində Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycana tibbi ləvazimatlar və avadanlıqlar gətirilib və gətirilməkdə davam edilir. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün kerçirilən iclasında deyib.O bildirib ki, Azərbaycanda bu virusun analiz edilməsi üçün kifayət qədər labaratoriyalar var: "Azərbaycan bu virusla mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqədə işləyir".Ə.Əmiraslanov qeyd edib ki, əhali də bu sahədə məsuliyyətli olmalıdır: “Çox təəssüf ki,bu sahədə çatışmazlıqlar var. Xaricdən gələnlərin yaxınları çalışır ki, xaricdən gələn insan karantinə getmədən evə getsinlər. Ancaq bu çox təhlükəlidir, əgər bir nəfərdə virus olarsa o geniş yayıla bilər. İzolyasiya tədbirləri də çox vacibdir. Ailələr yenə də toplu şəkildə harasa gedirlər ki, bu da təhlükəli vəziyyətdir. Hesab edirəm ki, bu virusdan qorxmaq lazımdır, ancaq ajiotaj yaratmaq doğru deyil. Əhali məsuliyyətli olmalıdır və dövlət tərəfindən qoyulan qaydalara əməl etməlidir. Belə olduğu halda biz bu virusa qalib gələcəyik”.

sia.az