"Ermənilər Naxçıvan, Şərqi Anadolu torpaqlarına iddialar qaldırmaqdadır" ÖZƏL-MÖVQE

"Artıq bir neçə gündür ki, erməni saytları kütləvi şəkildə Naxçıvan, Şərqi Anadolu torpaqlarına iddialar qaldırmaqdadırlar. Vaxtı təsadüfi seçməyiblər. İş orasındadır kı, onlar 100 il əvvəl imzalanan Moskva və Qars müqavilələrini heçə sayaraq, guya ki, məhz kamalçılarla bolşeviklərin erməni xalqının torpaqlarını əllərindən aldıqlarını bildirirlər. Onlar utanmayaraq 1918-1920 ci illərdəki Ermənistan Respublikasına belə istinad edirlər". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.Politoloqun sözlərinə görə, Vilson və Avropanın bir neçə dövlətinin beynəlxalq hüququ kobud şəkildə pozan və tarixdə heç bir zaman mövcud olmamış torpaqlarda müsəlman - türk xalqları arasında xristian erməni dövlətini yaratmaq məqsədi qoyan Sevr müqaviləsinə istinad etmək xəstə təxəyyülün göstəricisidir: "Paşinyan və Ermənistandakı müxalifət partiyaları bilməlidirlər ki, Azərbaycanın bu istiqamətdə ata biləcəyi addımlar onlarınkından fərqli olaraq real faktlara söykənib.1. 1918-1920 ci illərdə mövcud olmuş erməni dövlətinin mərkəz şəhəri İrəvan 1918 - ci ildə sənədlərdə göstərildiyi kimi ermənilərin Qarabağdan əl çəkməsi şərtilə ermənilərə verilib.2. 1918-1920 - ci illərdəki Ermənistanın ərazisi SSR zamanı qeyri- qanuni şəkildə Azərbaycan və Gürcüstan hesabına genişləndirilmişdir.Yəni, əgər Ermənistan Qars və Moskva müqavilələrini tanımaqdan imtina edirsə, o zaman Zəngəzur, Göyçə, İrəvanı Azərbaycana qaytarmalıdır.Belə olan təqdirdə, rus mətbuatında ermənilərin həyasızcasına Qars və Moskva müqavilələrinin guya kı, Ermənistan ərazisini kiçiltdikləri kimi səsləndirdikləri tezislər alt - üst olacaq. Bizim TV kanallarda bu mövzu ilə bağlı tarixi analiz lap yerinə düşər. İnformasiya müharibəsi davam edir".

sia.az