Siyasət

  • 17 553

"Azərbaycanda görülən işlər digər ölkələri üçün nümunədir" ÖZƏL-MÜNASİBƏT

image

“COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə həyata keçirilir. Bütün bunlar Azərbaycan dövlətinin öz vətəndaşına qayğısının daha bir bariz nümunəsidir”. Bunu SİA-ya millət vəkili Sevinc Hüseynova deyib.Deputatın sözlərinə görə, ölkəmizdə bu istiqamətdə görülən işlər digər ölkələri üçün nümunədir: “Bu gün koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan dünyada ən az itkilərə məruz qalan ölkələrdən biridir. Belə ki, COVID-19 infeksiyasına dünyada hər 1 milyon insana düşən yoluxmanın sayı 450 nəfərdirsə, bu göstərici Azərbaycanda 200-ə yaxındır. Ölüm sayına görə dünyada hər 1 milyon insana düşən göstərici 33-ə bərabərdir. Azərbaycanda isə bu göstərici daha yaxşıdır, cəmi 2.6 nəfərdir. Beləliklə, Azərbaycanda vəziyyət dünya göstəricilərindən 15 dəfə yaxşıdır. Bütün bunlar dövlətimizin, Prezidentimiz İlham Əliyevin insanlarınn təhlükəsizliyinin, sağlamlığının qorunmasına verdiyi önəmin ifadəsidir. Bununla belə, COVID-19 pandemiyası şəraitində ölkə əhalisinin birlik və həmrəylik göstərməsi vacib şərtdir. Ona görə də qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir vətəndaşın karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməsi olduqca vacibdir.Aprelin 27-dən xüsusi karantin rejimində yumşalmaların edilməsi insanlarda arxayınlıq yaratmamalıdır. Bu məsələlərə cənab Prezident də çıxışında toxundu. Son üç gündə xəstələrin sayının artması göstərir ki, məsuliyyətimizi daha da artırmalıyıq. İnsanlar karantin rejiminə əməl etməli, zərurət olmadıqda evdən çıxmamalı, sosial izolyasıya tədbirlərinə əməl etməlidirlər. Əks halda, karantin rejimi yenidən sərtləşdiriləcək”.

sia.az

Digər xəbərlər