Siyasət

  • 16 484

Ermənilərin daha bir saxta rəqəmi - 600 min əsgər? - AÇIQLAMA

image

“Azərbaycan Prezidentinin beynəlxalq müstəvidə erməni faşizmi barədə çıxışlarının intensivləşməsi Ermənistanın əndişələrini artırmaqla bərabər düşmən ölkəni bəzi uğursuz cavab və ya özünümüdafiə addımlarına da məcbur edir”. SİA-nın məlumatına görə, bunu açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.Onun sözlərinə görə, düşmənin reaksiyalarından hiss olunur ki, yaranmaqda olan "ən müasir faşist ölkə" imicinin qarşısını almaq üçün hərəkətə keçiblər: “Olan yalan-palanı, ağıllarına gələni fakt və ya reallıq kimi qələmə verir, dünyanı biz faşizm üzərində qələbəyə töhfə vermişik kimi içi dolu ziddiyyətə inandırmaq istəyirlər. Yazırlar ki, guya ermənilər Böyük Vətən Müharibəsinə 600 min əskər veriblər. Bu 600 min əskər söhbəti uydurma mahiyyətinə görə 1.5 milyon erməninin saxta genosid iddialarından da qabağa gedir”.A.Quliyev vurğulayıb ki, təsəvvür edin Ermənistan əhalisi hələ indi-indi 2.5 milyona güc-bəla ilə çatdırılır: “80 il əvvəl Ermənistanın orduya 600 min əskər verməsi üçün 1.8-2 milyon əhalisi olmalı idi. Araşdırmalara görə o zaman Ermənistanda 1.3 milyondan çox adam yaşamırdı. Onun da azı 200 mini etnik azərbaycanlılar idi. Bu halda Ermənistan Müharibəyə 600 min əskəri necə göndərə bilərdi?! Necə ola bilər ki, əhalisi bütün dövrlərdə Ermənistandan azı 3 dəfə çox olan Azərbaycan da müharibəyə 600 min, Ermənistan da 600 min əskər göndərsin?!Ermənilər rəqəm saxtakarlığının özləri üçün ifşaedici fəsadlarından əl çəkmirlər”.

sia.az

Digər xəbərlər