Siyasət

  • 15 954

"Paşinyanın Qaragin Njdeyə olan məhəbbətinin səbəbi indi üzə çıxdı" - AÇIQLAMA ÖZƏL

image

“Nikol Paşinyanın Qaragin Njdeyə olan sevgisi məni bir az şübhələndirirdi. Çünki adam sanki atasının heykəlinin qarşısında dayanırdı. O qədər şövqlə davranırdı ki, az qalırdı Njdeni xüsusi təbliğ etsin. Amma mən başa düşə bilmirdim ki, bu sevda hardandır. Əlbəttə bu cür məsələləri gizlətmək mümkün deyil. Artıq məlum oldu ki, onun babası Nikol da məhz elə Qaragin Njdenin dəstəsinin tərkibində SS-lərlə birlikdə vuruşub”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, biz çox da bu məsələni gündəmə gətmirik, lakin iş burasındadır ki, Qaragin Njde ilə bərabər ən böyük cəza dəstəsinin başında duran başqa bir erməni də var və adı Salasyandır: “Bu artıq təsdiq olunub ki, bunların hər ikisi daha çox azərbaycanlı əsrləri qırıblar. Kifayət qədər araşdırıldıqdan sonra tapılıb ki, Macarıstandan gələn həmin bu Salasyan da Türkiyədən keçərək həmin ərazilərə gedib. Qaragin Njde Sovet ordusuna qarşı vuruşub, eyni zamanda bunların əsas məqsədi türkləri qırmaq olub. Baba Nikol Paşinyan da onlardan biridir. SSRİ o zamanlar ermənilərin də dövləti idi. Ermənistan üçün böyük təhqirdir ki, öz ermənilərinə qarşı vuruşanın nəvəsini, fırıldaqçının birini ölkədə hakimiyyətə gətiriblər və artıq 2 ildir ki, bu adam hakimiyyətdədir. Təsadüfən bu məsələlərin üstü açılsa da, hər halda Ermənistan müxalifəti bunu belə qoymayacaq. Çünki Ermənistan mətbuatında bu məsələ çox güclü tirajlanır. Həmçinin Azərbaycan mətbuatı da yaxşı ki, bu məsələləri işıqlandırır, yer verir”.C.Nuriyev vurğulayıb ki, biz ermənilərə başa salmalıyıq ki, sizin özünüzə seçdiyiniz liderinizin babası, əsil-kökü kimdir: “Bütün bu məsələlər fonunda Paşinyanın da Qarabağa - Şuşaya, Xankəndinə tez-tez niyə gəldiyi məlum olur. Hətta artıq özü ilə bərabər onun xanımının da hərbi paltar geyinərək onunla birlikdə səfər etməsi gündəmə gəlib. Bununla demək istəyirlər ki, guya onlar ailəlikcə Azərbaycana qarşı vuruşa, mübarizə apara bilər. Lakin belə ucuz şoular göstərməkdə əsas məqsəd məhz Ermənistanda əhalinin Nikol Paşinyanın babasına olan diqqəti yayındırmaq, eyni zamanda öz aləmlərində Azərbaycan daxilində də bir narahatlıq yaratmaq ki, baxın erməni gəlib bizim torpaqlarımızda hər hansı fəaliyyətlərlə məşğuldur. Bütün bunlar hamısı siyasi populizmdən başqa bir şey deyil. Burada əsas məqam ondan ibarətdir ki, Nikol Paşinyanın babası xəyanətkar olub və bu xəyanət onun doğulduğu dövlətə də, torpağa da xəyanətdir. Təbii ki, onun nəvəsinin də babasından fərqli olması mümkün deyil. Təbii ki, baş nazir Nikol özü də xəyanətkardır!”.

sia.az

Digər xəbərlər