Siyasət

  • 17 270

"Paşinyanın babası faşizmin irəlidə gedən döyüşçülərindən biri olub" ÖZƏL - MÜNASİBƏT

image

"Nikol Paşinyanın faşizm üzərində qələbənin 75 illiyində hansısa ordudan və qələbədən danışmağa heç bir haqqı yoxdur. Çünki, onun babası Nikolay Vartanoviç Paşinyan özü faşizmin irəlidə gedən döyüşçülərindən biri olub". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü deputat Arzu Nağıyev Nikol Paşinyanın babası Nikolay Vartanoviç Paşinyanın faşistlərə xidmət etməsi ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın günlərdə qələbə ilə bağlı bir sənəd yaymağa çalışıb və bu sənədə əsasən, onun babası Nikolay Vartanoviç Paşinyan güya, Böyük Vətən Müharibəsində iştirak edib: "Güya, bu şəxs 554-cü atıcı polkda, 138 nömrəli atıcı diviziyada olub və 1943-cü ildə, güya, itkin düşüb. Lakin, Böyük Vətən Müharibəsi ilə bağlı ekspertlər başqa sənədlər ortaya qoyur hansı ki, bu sənədlər almanların arxivində saxlanılır. Bu sənəddə də həmin adla və soyadla Nikolay Vartanoviç Paşinyan adlı şəxsin erməni legionunda nasist-faşist rejimi əl-bir olub və legionda xidmət etdiyi, həmin legionda Sovet ordusuna qarşı vuruşduğu qeyd edilib. Digər bir sənəddə isə, "Memorial" adlandırılan bazadan bir sənəd əldə olunub ki, həqiqətən də Nikolay Vartanoviç Paşinyan, Nikol Paşinyanın babası düşmənlə əl-bir olub və həmin döyüşlərin birində ölüb.Yəni, bu üç sənədin birləşməsindən belə bir nəticəyə gəlmək olar ki, Nikol Paşinyanın babası, Nikolay Vartanoviç Paşinyan Böyük Vətən Müharibəsində SSRİ-yə qarşı vuruşub, erməni legionunda olub və almanların "SS" diviziyasında Sovet ordusuna qarşı bütün əməliyyatlarda demək olar ki, iştirak edib".Millət vəkilinin sözlərinə görə, son vaxtlar məhz, bu prosesləri ermənilər nə qədər qabartsa da hiss olunur ki, Njdeyə qoyulan heykəllə birlikdə faşist təbliğatı davam edir və bu ermənilərə babalarından qalıb: "Ona görə də düşünürəm ki, Nikol Paşinyanın faşizm üzərində qələbənin 75 illiyində hansısa ordudan və qələbədən danışmağa heç bir haqqı yoxdur. Çünki, onun babası Nikolay Vartanoviç Paşinyan özü faşizmin irəlidə gedən döyüşçülərindən biri olub. Bu, artıq erməni yalanın sübutu deməkdir".

sia.az

Digər xəbərlər