Siyasət

  • 17 759

“Ermənistan baba Paşinyanın timsalında faşizmi təbliğ edir” ÖZƏL-MÜNASİBƏT

image

"Nikol Paşinyanın davranışları bizi təəccübləndirmir, çünki, erməni siyasətçiləri, ümumiyyətlə erməni liderləri daim özlərinin qeyri-müəyyən, qeyri-etibarlı mövqeləri ilə seçiliblər". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Siyasi şərhçi qeyd edib ki, onlar vəziyyətə uyğunlaşmağa cəhd göstəriblər, naşılıq da ki, bunların qanındadır.

“Nikol Paşinyan siyasətə təsadüfən gəlmiş bir adamdır. Üstəlik küçədən gəlmiş, heç bir təcrübəsi olmayan birisidir. Təbii ki, gəlib dövlətin rəhbərliyinə çıxıb və istəyib ki, indiki vəziyyətdə öz babasının “qəhrəmanlığını” bir növ yüksəltsin. Onun babası da sən demə Ermənistan dövlətinin rəsmi şəkildə həyata keçirdiyi faşizmi qəhrəmanlaşdırmaq kateqoruyasına aiddir. Yəni, bu adamın babası Ermənistanda heykəli ucaldılmış Qaregin Nijde kimi Hitlerin qulluğunda olub, Sövet xalqına qarşı vuruşub. O Sövet xalqına ki, həmin xalqın tərkibində ermənilər də olub. Yəni, faktiki olaraq, ermənilərə də güllə atıb. Demək ki, Nikol Paşinyanın babası öz xalqına xəyanət edib. Indi belə bir adamın qəhrəmanlaşdırılması Nikol Paşinyanın xarakterinə uyğundur. Qeyd etdiyimiz kimi onlar, Cənab Prezident İlham Əliyevin dediyi kimi, faşizmi qəhrəmanlaşdırırlar. Lakin, Nikol Paşinyan gördü ki, bu onun özünə qarşı çevrilir, xüsusən də şimal qonşumuz Rusiyanın xoşuna gəlmir. Rusiya bilirik ki, Ermənistanda söz sahibidir və məhz ona görə də vəziyyətdən çıxmaq üçün babasından belə bu adam imtina edir. Yəni, başqa bir nağıl uydurur, onu dövriyyəyə buraxmaqla vəziyyətdən çıxmağa çalışır. Amma gecdir. Çünki, birincisi, tarixi dəyişmək mümkün deyil, ikincisi də ox yaydan çıxdısa, onu heç cür geri qaytarmaq mümkün olan deyil”, deyə Azər Həsrət bildirib.

sia.az

Digər xəbərlər