Siyasət

  • 17 656

"Paşinyan özünü çətin duruma saldı" ÖZƏL-MÜNASİBƏT

image

"Bu günlərdə Ermənistan mətbuatında da bu məsələnin müzakirəsi erməni mətbuatını geniş zəbt edib. Nikol Paşinyan bu şəkli paylaşdıqdan sonra babasının faşistlərə xidmət etməsi barədə məlumatların yayılması Ermənistan ictimaiyyətində ciddi rezonans doğurdu". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.Deptatın sözlərinə görə, Paşinyan özü də çətin duruma düşdü: "Əlavə olaraq atasının onun haqqında müsahibəsində söylədiyi fikirlər onun hansı düşüncə və xislətə malik olduğunu bir daha təsdiq etdi. Məlum olduğu kimi, ermənilər zaman-zaman dünya ictimaiyyətini Azərbaycanlılarla yaşamağın mümkün olmadığı yalanına inandırmağa çalışıblar. Bu istiqamətdə çox ciddi təbliğat aparıblar. Ancaq bu xəbər ermənilərin xalq olaraq xislətini bir daha ifşa etdi. Bildiyiniz kimi, tarix boyu ermənilər digər xalqlara qarşı dözümsüz münasibətləri ilə seçiliblər. Ermənilər harada yaşayıblar oradakı digər xalqların nümayəndələrinə, qonşuluqda yaşayan xalqlara qarşı xəyanətkar münasibət bəsləyiblər. Təəssüf ki, II Dünya Müharibəsində də ermənilər bu bəd əməllərini davam etdiriblər və çoxlu sayda günahsız insanın qətlində iştirak ediblər. Bu artıq neçənci faktdır ki, onun vasitəsilə sübut olunur ki, ermənilər II Dünya Müharibəsində faşistlərə dəstək göstəriblər və öz xalqlarını faşistlərin yanında olmağa çağırıblar.Məlum olduğu kimi, bir müddət bundan əvvəl Ermənistanda alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət etmiş Qaregin Ter-Arutyunyana abidə ucaldılıb. Bu da bir sıra dövlətlər tərəfindən yaxşı qarşılanmadı və erməniləri tənqid hədəfinə çevirdi. Eyni münasibəti və yanaşmanı ermənilər Dağlıq Qarabağ münaqişəsində də nümayiş etdirdilər. Xocalıda və digər rayonlarda Azərbaycanlıları qəddarlıqla və vəhşiliklə qətlə yetirdilər, onlara misli görünməmiş əzablar verdilər. Bu xalq həmin əzazilliyi bu gün davam etdirir və təəssüf ki, dünyaya meydan oxumaqda davam etdirir. Bütün bunlar ermənilərin bir millət olaraq hansı xüsusiyyətlərə və keyfiyyətlərə malik olduqlarını göstərir. Ancaq burada medianın da üzərinə böyük vəzifə düşür. Bu kimi faktlardan istifadə edərək erməni yalanlarının və vəhşiliyinin ifşası istiqamətində səylərimizi daha da gücləndirməliyik".

sia.az

Digər xəbərlər