"Ermənilər heç vaxt faşizm prinsiplərindən uzaq olmayıblar" ÖZƏL-MÖVQE

“Ermənistanın dövlət başçısı olan bir şəxsin, Nikol Paşinyanın babasının faşizmə xidmət etməsində təəccüblü bir şey görmürəm. Çünki Ermənistanın bir dövlət olaraq qurulmasının təməlində faşizm ideyaları və faşist yönlü hərəkətlər dayanır”. Bunu SİA-ya Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.Onun sözlərinə görə, bu dövləti quranlar, başda Daşnaksütun olmaqla, faşizm ideologiyasının daşıyıcıları olublar: “Onlar Ermənistanı tarixi Azərbaycan torpaqları üzərində qurublar, bu torpaqlarda soyqırım törətməklə, etnik təmizləmə siyasəti aparmaqla İrəvanda Azərbaycanlı izini itirməyə çalışıblar. Bununla kifayətlənməyərək, indi də Azərbaycan, Türkiyə, Gürcüstan daxil olmaqla qonşulara qarşı torpaq iddiası irəli sürür, işğalçılıq ovqatında yaşayırlar. Faşizmin mahiyyəti də budur: etnik, milli, dini, mədəni soyqırımlar həyata keçirmək, işğallar törətmək. Onların nütvəsində faşizmə qulluq, faşizmdən yararlanma var. Bunu bəzən gizli, bəzən aşkar şəkildə həyata keçiriblər, amma heç vaxt faşizm prinsiplərindən uzaq olmayıblar.Amma narahat deyiləm. Çünki faşizm dünyaya, bəşəriyyətə, yaradılışa ziddir, gec- tez məğlubiyyətə məhkumdur. 2 gün öncə xalqımız, tərəqqipərvər bəşirrəytlə birgə Alman faşizmi üzərində qələbənin ildönümünü qeyd etdi. 41-45-ci illərdə faşizmə qarşı mübarizədə Azərbaycan xalqı həm canı, qanı ilə, həm də nefti, mülkü ilə vuruşub, sonda qaliblər sırasında olub. Təməlində faşizm ideologiyası dayanan bütün hərəkatlar məğlubiyyətə düçardır. İnşAllah, erməni faşizmi üzərində qalib olarıq. Faşizm üzərində qalib olmaq üçün Azərbaycan xalqının əzmi, təcrübəsi var”.

sia.az