Siyasət

  • 16 562

"Məmurların əsas vəzifəsi vətəndaşlara xidmət etməkdir" ÖZƏL-MÜNASİBƏT

image

"Məmurların əsas vəzifəsi vətəndaşlara qulluq etməkdir, onun problemlərinin həllinə yardımçı olmaqdır və onun müraciətinə diqqətlə yanaşmaqdır. Hətta o həll etmək səlahiyyətində deyilsə və yaxud da qaldırdığı məsələ bu gün həll edilə bilmirsə, vətəndaşa bu barədə müfəssəl məlumat verilməlidir. Hesab edirəm ki, bu hər bir məmurun üzərinə düşən bir nömrəli vəzifədir". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə deyib.Deputatın sözlərinə görə, vətəndaşa diqqət, vətəndaşın problemlərini həll etməkdə ən böyük nümunəni ölkə Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva göstərir: "Onların hər çıxışlarında vətəndaşa diqqət məsələsini önə çəkməsi, vətəndaşın problemlərinin həllini öz fəaliyyətlərinin əsas mənasına çevirməsi hər birimizin gözü qarşısındadır. Hətta regionlara səfəri, ayrı-ayrı müəssisələrin açılışında belə onlar cəmiyyət qarşısında görülən işlərlə bağlı geniş hesabat verirlər. Bu nümunə hər kəs tərəfindən özünə əxz edilməlidir. Eyni zamanda cənab Prezidentin apardığı siyasət nəticəsində dövlət hakimiyyətinin çevikliyi, fəaliyyətini ilk növbədə insanların problemlərinin həll edilməsinə yönəlməsi istiqamətində böyük işlər görülür. Onun təyin etdiyi hər bir vəzifəli şəxsə ilk növbədə bu tapşırıqlar verilir və ondan bu məsələlər tələb edilir. Həmçinin dövlət quruluşunun səmərəliyinin artırılması üçün böyük işlər görülür. “ASAN Xidmət”in, “Dost” Agentliyinin yaradılması, bir çox məsələlərin online (onlayn) və bir “Pəncərə” prinsipi ilə həll edilməsi də məsələlərin bir çoxunu məmurun istəyindən asılı olaraq edilib-edilməməsinin qarşısını alır. Bu istiqamətdə çox iş görülüb. Hesab edirəm ki, bundan sonra da bu məsələ daima diqqətdə olacaq".

sia.az

Digər xəbərlər